20 Noyabr 2026 17:13
166
CƏMİYYƏT
A- A+
Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

Antalyada keçirilən COP31 çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qlobal istiləşmə dövründə ailə dayanıqlığı, yaşlı insanların və əlilliyi olan şəxslərin müdafiəsi məsələlərinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev çıxışında ölkəmizdə aparılan sosial siyasətin vətəndaş rifahının, sosial ədalətin və bərabər imkanların təmin edilməsinə hədəfləndiyini vurğulayıb. Nazir müavini Azərbaycanda həssas qruplara aid şəxslər və ailələrlə bağlı icra olunan sosial dəstək proqramları barədə məlumat verib. O, son illərdə ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketinin icrası nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə ciddi artımların olduğunu qeyd edib. Həmçinin valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı reinteqrasiya tədbirləri, onların ailə mühitində böyüməsi və inkişafının dəstəklənməsi, övladlığagötürmə və “Himayədar ailə” modelinin tətbiqi işləri, tənha ahıl və əlilliyi olan şəxslərin səyyar formada sosial xidmətlərlə təminatı işləri diqqətə çatdırılıb.

Çıxışda BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasını ratifikasiya edən Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, onlar üçün inklüziv imkanların yaradılması sahəsində həyata keçirilən tədbirlər qeyd edilib. Bundan əlavə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Paralimpiya İdman Kompleksi və digər qurumlar vasitəsilə əlilliyi olan şəxslərin yaradıcı və idman fəaliyyətlərində iştirakına dəstək göstərilməsindən bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

17:23
20 Noyabr

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

17:21
20 Noyabr

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

17:19
20 Noyabr

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

17:17
20 Noyabr

Doqquz ayda ölkədə 75 üçəm doğulub

17:15
20 Noyabr

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

17:14
20 Noyabr

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

17:13
20 Noyabr

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

17:11
20 Noyabr

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb  

16:03
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!