21 Noyabr 2026 01:52
271
ELANLAR
A- A+
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir. Müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanacaq. Müraciət üçün son tarix 2026-cı il dekabrın 20-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Layihələrdə innovativlik, problemlərə yeni və ya daha təkmil həllər təklif olunması, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq məsələləri, müvafiq sahədə strateji dövlət sənədlərinin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəyə dair ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq.
 

Müsabiqənin nəticələri 2027-ci ilin I rübü ərzində elan olunacaq.
 

Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına uyğun təşkil edilir.
 

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
• Kiçik qrant müsabiqələri üzrə: 30.000 manat (icra müddəti 6 ayadək);
• Böyük qrant müsabiqəsi üzrə: 70.000 manat (icra müddəti 9 ayadək).
 

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:
 

I . Azərbaycançılıq: yad ideoloji təsirlərə qarşı ictimai səfərbərlik

(Azərbaycançılıq məfkurəsinin yad, zərərli ideoloji təsirlərə qarşı milli sipər kimi izahına, bu fəlsəfənin cəmiyyətdə vahid amal, həmrəylik, tərəqqi uğrunda birləşdirici, səfərbəredici qüdrətinə, milli ideya kimi dəyərinə, yüksək mədəniyyətli vətəndaş (insan) formalaşdırma missiyasının təhlilinə, ana dilinin saflığının qorunmasına, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair layihələrə üstünlük veriləcək);
 

II. QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı

(QHT-lərin sosial media platformalarında ictimai hesabatlılığının artırılmasına, süni intellekt alətlərindən düzgün və nəticəyönümlü istifadəsinə, cəmiyyətin rəqəmsal təhlükəsizliyinin qorunmasına dair maarifləndirici fəaliyyətinin gücləndirilməsinə, uşaqların zərərli informasiyalardan və asılılıqlardan müdafiəsinə dair valideyn və təhsilverənlərin sayıqlılığının artırılmasına yönəlik layihələrə üstünlük veriləcək);
 

III. Regionlarda aqrar sahədə təşəbbüslər

(Aqrar sahədə resurs səmərəliliyinə, iqlim dayanıqlılığına və ekoloji tarazlığa əsaslanan inkişaf modelinin təşviqinə, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasına, innovasiya, insan kapitalının inkişafına yönəlik layihələrə üstünlük veriləcək);
 

IV. Ailə institutunun möhkəmləndirilməsi və sağlam, təhlükəsiz cəmiyyətin təşviqi

(Boşanmaların qarşısının alınması üçün ictimai təşəbbüslərin artırılmasına, ənənəvi ailə dəyərlərinin qorunmasına, erkən nikahlara və insan alverinə qarşı mübarizəyə, əhalinin sağlamlığının və təhlükəsizliyinin gücləndirilməsinə, azad edilmiş ərazilərdə sakinlərlə işə və məşğulluq üzrə bacarıqların artırılmasına dair təşəbbüslərə üstünlük verilir);
 

V. Beynəlxalq əhəmiyyətli təşəbbüslər (sərbəst)

(Müstəmləkəçiliyin bütün növ təzahürlərinə, islamofobiyaya, ayrı-seçkiliyə qarşı mübarizəyə, mədəniyyətlərarası dialoqun təşviqinə, bu sahədə xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə, Azərbaycanın mina, itkinlər problemlərinə beynəlxalq səviyyədə diqqətin artırılmasına, Ermənistanın müharibə cinayətlərinin ifşasına və işğal dövründə Azərbaycan ərazilərindəki dağıdıcı fəaliyyətinə görə öhdəliklərinə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkilinə dair layihələrə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər koalisiya şəklində də iştirak edə bilər. Bu halda koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun olmalı, koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır. Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (azərbaycan və ingilis dillərində), koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri) təqdim olunmalı, koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır. 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər. Koalisiya hər 2 müsabiqəyə (kiçik, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək. Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın sahə üzrə beynəlxalq təcrübəsinin olması, təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması vacibdir.
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 188 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi;
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət
• reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• kiçik qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 3 (üç) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
• böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
 

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli, 188 nömrəli Qərarı ilə ziddiyyət təşkil edən layihələr;
• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu, plagiat layihələr;
• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;
• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib gələrək öhdəliyi yerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri.

Meyarlar:
 

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:
• layihənin məqsədinin aydınlığı;
• layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi;
• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
• layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu;
• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi;
• layihə üzrə risklərin təhlili və səmərəli monitorinq mexanizmi;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media
ilə əməkdaşlıq;
• layihədən gözlənilən nəticələr;
• layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni
tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi.
 

Texniki tələblər:
• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il noyabrın 20-dən dekabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur;
 

Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected] (+994 12) 493-15-81

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

01:52
21 Noyabr

Qazaxda V İdman Festivalının açılış mərasimi olub

22:47
20 Noyabr

Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib

21:49
20 Noyabr

Ağdam Şəhəri Günü münasibətilə keçirilən tədbirlər möhtəşəm atəşfəşanlıqla başa çatıb

21:42
20 Noyabr

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

21:39
20 Noyabr

Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub

19:53
20 Noyabr

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb

19:31
20 Noyabr

Azərbaycanın hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib

18:59
20 Noyabr

“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb

18:57
20 Noyabr

Azərbaycan və Belarus hərbçiləri rabitə sahəsində təcrübə mübadiləsi aparıblar

18:09
20 Noyabr

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Bakı Təşəbbüs Qrupunun sosial media hesablarına Fransa və Hindistan ərazisindən kiberhücumlar olub

17:23
20 Noyabr

Rusiya XİN Bakı ilə İrəvan arasında sülhü Cənubi Qafqazda tərəqqinin şərtlərindən biri adlandırıb

17:21
20 Noyabr

Ağdam Muğam Mərkəzində rəsm və fotosərgilər, eləcə də ustad dərsləri təşkil olunub

17:19
20 Noyabr

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini ötüb

17:17
20 Noyabr

Doqquz ayda ölkədə 75 üçəm doğulub

17:15
20 Noyabr

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

17:14
20 Noyabr

Antalyada keçirilən COP31 tədbirində Azərbaycanda aparılan sosial islahatlardan danışılıb

17:13
20 Noyabr

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda qələbəni əldən verib

17:11
20 Noyabr

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!