20 Noyabr 2026 17:44
95
SİYASƏT
A- A+
2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  


Noyabrın 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda 2027-ci ilin büdcə zərfinə daxil olan 6 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə əvvəlcə iclasda “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinə baxılıb.

Komitənin sədri Musa Quliyev bildirib ki, 2027-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi sosial ədalət və sosial rifah prinsipləri rəhbər tutularaq tərtib edilib. Fondun növbəti il üçün gəlirləri 9 milyard 221 milyon manat, xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır.

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı gözlənilir. Həmçinin, növbəti ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə müvafiq ayırmalar nəzərdə tutulub. 

Sonra Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. 

2027-ci ildə İSF-in xərcləri isə 319 milyon manat həcmində proqnozlaşdırılır. Fondun xərclərinin 36 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 113 milyon manatı özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək. Gələn il 14500 nəfərin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur. 

Tədbirdə “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi ilə bağlı qeyd edilib ki, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilib.

“Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dair isə bildirilib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində nəzərdə tutulub.

Sonra onlayn iclasda Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə əmək münasibətlərinin təkmilləşdirilməsi, əməkhaqqı sisteminin çevikliyinin artırılması və işçilər üçün minimum əməkhaqqı təminatlarının gücləndirilməsi məqsədilə minimum saatlıq əməkhaqqı ilə bağlı yeni normalar təsbit edilir. Bununla yanaşı, layihəyə əsasən, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur. Dəyişikliklərdə həmçinin uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı 6 ay sosial sığorta stajı tələbi müəyyən edilir. Bununla bağlı sənəddə bir sıra uyğunlaşdırma xarakterli düzəlişlər öz əksini tapıb. Layihədə, habelə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları dəqiq təsbit olunur.

Daha sonra tədbirdə Mülki Prosessual Məcəllədə, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan  Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Bildirilib ki, layihəyə əsasən, "Dövlət rüsumu haqqında" qanundan başqa digər normativ hüquqi aktlarda dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəaların aradan qaldırılması təklif olunur. Bununla yanaşı, sənəddə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulur. Habelə baytarlıq şəhadətnaməsinə görə təsbit olunan dövlət rüsumunun ləğv edilməsi, baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilir. 

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev təqdim olunan məsələlər barədə fikirlərini açıqlayıb. O, müasir dövrdə məşğulluq imkanlarının genişləndirilməsindən və vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasının vacibliyindən danışıb. Bildirib ki, layihələrdə təklif olunan dəyişikliklərin əsas məqsədi işçilərin əməyinin dəyərinin və sosial müdafiəsinin dayanıqlığının qorunması, Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin öz mövqeyini gücləndirilməsidir.

Təqdim olunan sənədlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri Soltan Məmmədov, Göydəniz Qəhrəmanov, Ziyad Səmədzadə, Jalə Əliyeva çıxış edərək öz qeyd və təkliflərini səsləndiriblər. Deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.

Onlayn iclasda müzakirə olunan 6 qanun layihəsinin hər biri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2027-ci ilin büdcə zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirə olunub  

17:44
20 Noyabr

Mərkəzi Asiya ölkələrinin turizm təmsilçiləri Azərbaycanda tanışlıq səfərində olublar

17:14
20 Noyabr

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb  

16:03
20 Noyabr

Azərbaycan və Vyetnam arasında çoxşaxəli əlaqələrin bugünü və gələcəyi  

16:01
20 Noyabr

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb  

15:53
20 Noyabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:43
20 Noyabr

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

15:39
20 Noyabr

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb  

15:32
20 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb  

15:27
20 Noyabr

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq  

15:14
20 Noyabr

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib  

15:01
20 Noyabr

Əkin işləri bitmədən pul hesabda olacaq – Fermerlər üçün yeni dəstək mexanizmi  

14:49
20 Noyabr

Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələr böyük potensiala malikdir

14:47
20 Noyabr

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ

14:41
20 Noyabr

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

14:32
20 Noyabr

Heydər Əliyev ideyaları ilə başlayan böyük siyasi yol

14:24
20 Noyabr

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

14:23
20 Noyabr

Güləş millimiz Gürcüstanda çempion olub

14:21
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

14:15
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!