13 Fevral 2025 13:29
260
SİYASƏT
A- A+
Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır  

Türkiyəli sabiq deputat: Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində təsirini getdikcə daha da artırır  

Prezident İlham Əliyevin liderliyi və geniş baxışı sayəsində Azərbaycan regional gücə çevrilmək yolunda inamla irəliləyir. Qarabağ Zəfəri bunun ən son və konkret nümunəsidir. Cənubi Qafqazdakı güclü aktor olması ilə yanaşı, Türkiyə ilə dostluq və qardaşlıq üzərində qurulmuş əlaqələri, Rusiya, Çin və Avropa İttifaqı ölkələri ilə balanslı münasibətləri Azərbaycanı dünya dövlətləri arasında xüsusilə enerji sahəsində mühüm gücə çevirib. Türk Dövlətləri Təşkilatında da fəal ölkələrdən olan Azərbaycan xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranında bu sahə üzrə açar ölkə rolunu oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı deyib.

Dünyanın əsas neft və təbii qaz istehsalçılarından biri kimi Azərbaycana olan ehtiyacın hər ötən gün daha çox hiss edildiyini vurğulayan sabiq deputat bildirib: “Prezident İlham Əliyevin uzaqgörən baxışı ilə Azərbaycan xarici investorlar üçün cəlbedici mərkəzə çevrilib. Çinin “Bir kəmər, bir yol” layihəsində tranzit ölkə kimi iştirakı artıq Azərbaycanın əhəmiyyətini göstərir. Azərbaycan və Çinin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edən məntiqli və siyasi baxımdan ağıllı addımdır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində təsirini artırmağa çalışdığı bir vaxtda Azərbaycanın da iqtisadi şaxələnmə və tranzit keçidlər baxımından Pekinlə münasibətlərini gücləndirmək istəməsi təbiidir.

Azərbaycan enerji ehtiyatları, logistika infrastrukturu və layihələr baxımından Çin üçün misilsiz aktordur. Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr region ölkələri arasında ticarət əlaqələrini gücləndirir və Azərbaycanı Çinin Avropaya açılan əsas qapılarından birinə çevirir. Azərbaycan “Bir kəmər, bir yol” layihəsində strateji mövqeyə malikdir və Çinin Qərbə açılan qapısı kimi çıxış edir”.

Rəsmi Bakının dünya, o cümlədən Avropa İttifaqı ölkələri ilə münasibətlərini daim dövlət maraqları çərçivəsində, balanslı və qarşılıqlı hörmət prinsipi əsasında qurduğunu qeyd edən müsahibimiz Qərbin bəzi imperialist güclərinin ölkəmizə qarşı qərəzli münasibətinə də toxunub, Azərbaycanın belə oyunlara gəlməyəcəyinə inamını ifadə edib. O deyib: “Burada Azərbaycanın xüsusilə Türk Dövlətləri Təşkilatı ilə birlikdə çox böyük iqtisadi və siyasi güc olduğunu vurğulamalıyıq. Azərbaycan təkcə Cənubi Qafqaz və Xəzər bölgələri deyil, daha geniş coğrafiyada qlobal aktor olmaq yolunda irəliləyən güclü dövlətdir”.

Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyini vurğulayan Yavuz Subaşı bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxil olduğu, Asiyanı Avropaya birləşdirən mühüm nəqliyyat marşrutudur. Bu yol Pekindən Londona qədər uzanan və strateji əhəmiyyətə malik ticarət xəttidir. Orta Dəhliz regionun nəqliyyat infrastrukturunu inkişaf etdirərək, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələri gücləndirəcək. Bu layihə marşrut üzərindəki ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcək.

“Orta Dəhliz tarixi İpək yolunun canlandırılması layihəsinin əsas hissələrindən biridir. Azərbaycan üçün bu layihə regional ticarətin canlandırılması və Çin-Avropa daşımalarında əsas alternativ rolu oynaması baxımından böyük fürsətdir. Belə ki, Xəzər dənizi vasitəsilə gələn yüklərin Avropa və Mərkəzi Asiyaya daşınmasında Azərbaycan əsas mərkəzə çevriləcək. Logistika mərkəzləri, gömrüksüz anbarlar və digər infrastrukturlar investorlar üçün cəlbedici imkanlar yaradacaq. Layihə sənaye və istehsal baxımından dəmir yolu və liman infrastrukturunun inkişafı, yüngül sənaye, montaj fabrikləri və aqrar istehsal müəssisələri üçün əlverişli şərait təmin edəcək. Bu yol, eyni zamanda, Xəzər dənizinin neft və qaz ehtiyatlarının daşınması üçün kritik marşruta çevriləcək. Günəş və külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investorları cəlb etmək üçün hüquqi bazanın yaradılması vacibdir. Orta Dəhlizin fəaliyyətə başlaması ilə ticarət həcminin artması nəticəsində logistika, maliyyə, sığorta və konsaltinq sahələrində yeni iş imkanları da yaranacaq. Bütün bunlara baxdıqda bölgədəki siyasi sabitliyin qorunması və xarici investisiyalar üçün şəffaf mühitin yaradılması vacibdir.

“Azərbaycan yalnız tranzit yolu və ticarət dəhlizi kimi deyil, həm də regional iqtisadi inkişaf və yeni müəssisələrin yaradılması üçün mühüm mərkəzdir. Türkiyə hər zaman Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi ilə Azərbaycanın yanındadır. Azərbaycan-Türkiyə münasibətləri Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin səyləri, dostluğu və qardaşlığı əsasında daha da güclənməkdədir. Burada Türk Dövlətləri Təşkilatının da rolunu vurğulamaq lazımdır. Təşkilata üzv ölkələrin qarşılıqlı dəstəyi bölgəni qlobal səviyyədə sürətlə yüksələn gücə çevirəcək”, - deyə sabiq deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

Dayanıqlı sülh

08:30
16 Mart

Fransada zorakılıq rekord həddə çatıb

08:25
16 Mart

Vardanyanın müdafiəsi üçün canfəşanlıq edənlərin fiaskosu

08:20
16 Mart

Ermənistanın növbəti manipulyasiya cəhdi

08:15
16 Mart

Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinə etiraz məktubu

08:10
16 Mart

XII Qlobal Bakı Forumu sülhün təşviqinə töhfə verdi

08:05
16 Mart

Azərbaycan qlobal problemlərin həllində nüfuzlu söz sahibidir

08:00
16 Mart

N.Ə.Əbdürrəhmanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında 

01:23
16 Mart

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında

01:23
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!