14 May 2025 08:50
444
DÜNYA
A- A+
Türkiyədə terror dönəmi sona çatır

Türkiyədə terror dönəmi sona çatır


PKK gec də olsa, silahı yerə qoyur


Xəbər verildiyi kimi,  terrorçu PKK  təşkilatı özünü buraxaraq tərksilah edilməsi qərarını açıqlayıb. Bildirilir ki, PKK-nın 12-ci qurultayı partiyanın təşkilati strukturunun ləğvi və silahlı mübarizədən əl çəkməsi barədə qərar qəbul edib.

Qərar PKK hərbi komandanlığı və döyüşçülərinin yerləşdiyi Şimali İraqın şimalındakı Qəndil dağlarında mayın 5-dən 7-dək "mühafizə zonaları" adlanan ərazidə keçirilən konqresdən sonra verilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlətimizin başçısı "X" sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".

Xatırladaq ki, bu ilin fevralında kürd terrorçularının lideri, 1999-cu ildən İstanbul yaxınlığındakı İmralı adasında ömürlük həbs cəzası çəkən 76 yaşlı Abdulla Öcalan tərəfdarlarını rəsmən dağılmaq qərarı verməyə çağırıb. 

Hazırda  Ankarada  PKK-nın özünü buraxması faktı ilə yanaşı, silahların təhvil verilməsi prosesinin praktiki həyata keçirilməsi də müzakirə edilir. Bununla bağlı Türkiyənin müdafiə naziri Yaşar Gülər  İraqın şimalında kürdlərin silahlarını təhvil vermələri üçün uyğun yerlərin müəyyən edildiyini bildirib.

Proses BMT nümayəndələrinin nəzarəti altında baş tutacaq və üç mərhələdən ibarət olacaq. BMT nəzarətçiləri ilə yanaşı, PKK-nın tərksilah prosesini beynəlxalq müşahidəçilər və xüsusi xidmət orqanı - Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) nümayəndələri də izləyəcəklər. Onlar iyunun sonuna kimi tərksilah şərtlərinin tam yerinə yetirilməsini və bütün silahların təhvil verilməsini təmin etməlidirlər. Məxfi xidmətlər prosesin bitdiyi barədə dövlətə hesabat verdiyi andan PKK rəsmi tərksilah edilmiş və ləğv olunmuş sayılacaq.

Üç mərhələdən ibarət plan çərçivəsində silahların təhvil verilməsinin Dahuk vilayətinin Amediye və Binar rayonları, həmçinin Ərbilin Köysancak rayonundakı Seyid Sadiq bölgələrində həyata keçiriləcəyi artıq müəyyən edilib. Kürd silahlılarının liderlərinə, yəni PKK rəhbərliyinin Cəmil Bayık və Murat Karayılan kimi nümayəndələrinə gəlincə, onların üçüncü ölkələrə deportasiya olunacağı gözlənilir. Qəbul edən tərəf Avropa ölkələrindən biri və ya Cənubi Afrika Respublikası ola bilər.

Bu arada PKK nümayəndələri 2018-ci ildə Öcalanla birlikdə terror təşkilatını yaradan Əli Heydər Kaytanın, eləcə də 2019-cu ildə onun ardınca gələn Rza Altunun ölümünü rəsmən təsdiqləyib.

PKK üzvlərinin ikinci qrupunu  uzun illər terror fəaliyyəti ilə məşğul olan silahlılar təşkil edir. Həmin şəxslər vətəndaşı olduqları ölkələrin qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb ediləcəklər. Və nəhayət, üçüncü qrup adətən aldatma və ya hədə-qorxu ilə PKK fəaliyyətlərinə cəlb edilən yeniyetmələrdən ibarətdir. BMT-nin hesabatlarına görə, təşkilatın sıralarına dağ düşərgələrinə aparılmış xeyli sayda uşaq və yeniyetmə daxildir. Onların şəxsiyyətləri haqqında mövcud məlumatlara əsaslanaraq, cəmiyyətə yenidən inteqrasiya etmək üçün sosial və psixoloji proqramlardan istifadə olunacaq.

Bundan başqa, Türkiyə həbsxanalarında müxtəlif cəza çəkən yaşlı və ağır xəstə PKK üzvləri ilə bağlı müstəsna qərarların qəbulu gözlənilir. Öcalana gəlincə, Prezident Ərdoğan AKP millət vəkilləri ilə qapalı görüşdə onun azadlığa buraxılması məsələsinin nəzərdən keçirilmədiyini açıqlayıb. Həmçinin bildirilir ki, o özü də şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq keçirərək buraxılmasını tələb etmir. Yerli media isə yazır ki, Ankaranın siyasi dairələri PKK-nın tam şəkildə buraxılacağı və tərksilah olacağı halda Öcalanın təcrid rejiminin aradan qaldırılmasının mümkünlüyünü müzakirə edirlər. Eyni zamanda onun proseslərdə fəal iştirak edən Demokrat Partiyasının ali lideri ola biləcəyi də istisna olunmur.

Bununla belə, Ankarada PKK-nın özünü ləğv etməsi elanına hələ də təmkinlə yanaşılır. Məsələn,Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK-nın təkcə Qəndildəki əsas bazasına deyil, həm də Suriya, İran, Yəmən və Avropadakı qollarına işarə edərək deyib ki, "təkcə silahı yerə qoymaq kifayət deyil, bütün qanunsuz strukturlar məhv edilməlidir". Nazir Ankarada Türkiyə, Livan və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair brifinqdə çıxış edərək əmin edib ki, Ankara terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatından sonra əməli addımları izləyəcək. Fidan PKK terrorçularının fəaliyyətinin dayandırılması qərarını "bölgədə uzunmüddətli sülh və sabitlik yolunda tarixi və mühüm addım" adlandırıb: "Bu qərar səmimiyyətlə həyata keçirilərsə,  gələcəyimizə, vətəndaşlarımızın gələcəyinə çox müsbət təsir göstərəcək".

Xatırladaq ki, Kürdüstan Fəhlə Partiyası (PKK) 1970-ci illərdə Abdulla Öcalan və tərəfdarları tərəfindən kürd millətçiliyi və marksizm-leninizm ideyaları əsasında yaradılıb. Təşkilat müstəqil Kürdüstan yaratmağı qarşısına məqsəd qoymuş və Türkiyə dövlətinə qarşı silahlı terrora başlamışdı. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 mindən çox insan həyatını itirmişdir. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və NATO PKK-nı terror təşkilatı kimi tanıyır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!