26 İyul 2025 09:22
755
DÜNYA
A- A+
Türkiyədə meşə yanğınları səngimək bilmir  

Türkiyədə meşə yanğınları səngimək bilmir  

  Türkiyədə son 48 saat ərzində həddindən artıq istilər, quraqlıq və güclü külək nəticəsində 9 böyük yanğın və 11 güclü yanğın baş verib. Ölkənin mərkəzi Eskişehir vilayətində meşə yanğınları ilə mübarizə aparan ən azı 10 meşə işçisi və xilasedici həlak olub. Bununla da bu il Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 13-ə çatıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının sözlərinə görə, küləyin istiqamətinin qəfil dəyişməsindən sonra 24-ə yaxın meşəçi və könüllü xilasedici yanğın içərisində qalıblar. Nəticədə 5 meşə təsərrüfatı işçisi və AKUT xilasetmə təşkilatının 5 könüllüsü həlak olub, daha 14 meşəçi xəstəxanaya yerləşdirilib. Məlumat üçün bildirək ki, AKUT xilasetmə təşkilatı təbii fəlakətlər zamanı insanların axtarışı və xilas edilməsi üzrə ixtisaslaşmış qeyri-hökumət xeyriyyə birliyidir.

Seyitqazi rayonunda çərşənbə axşamı səhər saatlarında başlayan yanğın qısa zamanda ətraf ərazilərə keçib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olanların ailələrinə başsağlığı verib.

Son günlər Türkiyə ərazisində havanın temperaturu 40 dərəcəni keçib və hazırda Sakarya, Biləcik, Eskişehir, İzmir, Karabük və Manisa vilayətlərində yanğınlar davam edir.

Yanğın bazar ertəsi Geyve və Hendek bölgələrində baş verib və Biləcikə doğru yayılıb. Eskişehir və Karabük şəhərləri ərazisində daha iki yanğın tüğyan edir.

Son məlumata görə, Sakarya vilayətində, Biləcik və Eskişehir şəhərləri ərazisində meşə yanğınları söndürülür. Bu işə quru ekipajları, xüsusi təyyarələr və helikopterlər cəlb olunub. Ümumilikdə 900-ə yaxın yanğınsöndürən və yerli sakinlər bu işə qoşulub. Buna baxmayaraq, bəzi yerlərdə yanğın evlərə yaxınlaşıb. Biləcik bölgəsində isə 4 kəndin sakinləri təxliyə edilib. Xatırladaq ki, Türkiyədə iyun ayında baş vermiş silsilə meşə yanğınları zamanı 50 minə yaxın insan təxliyə olunub.

Türkiyədə silsilə meşə yanğınları ilə bağlı 20 nəfərdən çox şübhəli saxlanılıb. Bu barədə "Turkish Minute" xəbər verib. Bildirilir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkədə iyul ayında baş vermiş meşə yanğınları ilə bağlı 23 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 4-ü həbsdə qalıb, qalanları isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Nazirin sözlərinə görə, iyulda baş vermiş 60-dan çox yanğının bir çoxu insanların səhlənkarlığı və ya kənd təsərrüfatı texnikasının qığılcımları nəticəsində baş verib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyi əhalini quraqlıq və istilər şəraitində yeni yanğınlara səbəb ola biləcək fəaliyyətlərdən çəkinməyə çağırıb.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!