17 İyun 2022 12:51
695
SİYASƏT
A- A+
Türkiyə mediası: Prezident İlham Əliyev Ermənistana əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdi

Türkiyə mediası: Prezident İlham Əliyev Ermənistana əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdi

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirakına və dövlətimizin başçısının dərin məzmunlu nitqinə ətraflı yer ayırıb.

Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanalları, “Yeni şafak”, “Sabah”, “Hürriyet” və digər qəzetlər, o cümlədən əyalətlərdə fəaliyyət göstərən media qurumları məlumat veriblər ki, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya və digər ali qonaqlar forumun fəal iştirakçıları olublar.

Dövlətimizin başçısının Forumdakı dərin məzmunlu nitqindən ayrı-ayrı hissələrə müraciət edən Anadolu Agentliyi yazır ki, çıxışında keçmiş Qarabağ münaqişəsinin süni şəkildə yaradılması və hazırkı regional proseslərə aydınlıq gətirən Prezident İlham Əliyev dedi: “Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”.

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni situasiya, normallaşma prosesindəki vəziyyətlə bağlı fikir və mülahizələrinə diqqətlə yanaşan İHA xəbər agentliyi Forumdan olan məlumatı geniş təhlil əsasında ictimaiyyətə təqdim edib. Agentlik yazır ki, bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzdir.

Məlumatı “Azərbaycan Prezidenti Əliyevdən Ermənistana Qarabağ xəbərdarlığı! Qərbi Zəngəzur mesajı” sərlövhəsi ilə təqdim edən “A Haber” telekanalının rəsmi saytı diqqətə çatdırıb ki, Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyevin Forumdakı nitqindən mühüm ifadələri ekran manşeti kimi təqdim edən “Haber Global” telekanalının rəsmi saytında yer alan “Əliyev: Qarabağ məsələsinin həll edilməsi bölgədə sülh üçün bir fürsətdir” sərlövhəsi məlumatda dövlətimizin başçısının qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır.

“TRT Haber” telekanalı yaydığı efir və yazılı materiallarında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistana bir daha sərt xəbərdarlıq edib.

Prezident İlham Əliyevin Ermənistana əsasız iddialarına görə bir daha sərt xəbərdarlıq etdiyini bu və ya digər formalarda diqqətə çatdıran qardaş ölkə mediasında, eləcə də mövzu ilə bağlı geniş məlumatların yayıldığı efir materiallarında, analitik təhlillərdə, eləcə də Foruma aid digər məlumatlarda Azərbaycanın böyük uğurlarına, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə toxunulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!