12 Aprel 2019 10:06
433
SİYASƏT
A- A+
Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bir ildəki uğurlu fəaliyyəti barədə geniş məlumat yayıb

Türkiyə KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin bir ildəki uğurlu fəaliyyəti barədə geniş məlumat yayıb


Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin nüfuzlu KİV-ləri, o cümlədən geniş tamaşaçı auditoriyasına malik televiziya kanalları və xəbər portalları ətraflı məlumatlar yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatlarda Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan "Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrinə istinad edilib. Bildirilir ki, "Opinion Way” şirkətinin ünvanladığı "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.

Anadolu Agentliyi, "Ülke TV”, "CNN Türk TV” kanalları, www.yeniakit.com.tr, www.timeturk.com, www.4haber.com, www.tbajansi.com və digər nüfuzlu xəbər saytları türkdilli oxucuların diqqətinə çatdırıb ki, "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə yüksək dəyərləndirib.

"Ülke TV” və "CNN Türk TV” kanallarının yaydığı reportajda qeyd olunub ki, 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq dövlət başçısı seçilib. Reportajda və yazılı məlumatlarda 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezidentliyə namizədliyi ilə Azərbaycanda yaşanan seçki həyəcanından da bəhs olunub. Teleaparıcılar şərhlərində qeyd ediblər ki, Azərbaycan xalqı tərəfindən Prezident İlham Əliyev ölkədə verdiyi vədləri yerinə yetirən dövlət başçısı imici qazanıb.

Məlumat verilir ki, 2003-cü ildə Azərbaycan xalqının dəstəyini qazanan Prezident İlham Əliyev ölkədə ümumi daxili məhsulun 3,2 dəfə artmasına nail olub. Ötən dövrdə Azərbaycanda 15 min kilometr avtomobil yolu salınıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları sərmayə yatırılıb, valyuta ehtiyatı 24 dəfə artıb, 2 milyon iş yeri açılıb. Azərbaycan valyuta ehtiyatlarını 45 milyard ABŞ dollarına çatdırıb.

Qeyd olunub ki, ölkədə bütün sahələr üzrə uğurlu islahatlar aparılır. Bunun nəticəsidir ki, Dünya Bankının hesabatına görə, Azərbaycan əvvəlki hesabatla müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərar tutub. Prezident İlham Əliyevin xalqın arasında olması Türkiyə KİV-ləri tərəfindən xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilib. Bildirilib ki, ölkəni rayon-rayon gəzən Prezident vətəndaşlarla görüşür, insanları dinləyir, onlarla səmimi söhbət edir. Prezident İlham Əliyev şəhid ailələri ilə bir-bir ünsiyyətdə olur, onları dəstəkləyir, problemlərini həll edir.

Məlumatlarda dövlət başçısının illik fəaliyyətinə nəzər yetirilib. Diqqətə çatdırılıb ki, bir il ərzində 118 min yeni iş yeri açılıb. İşsızliyin aradan qaldırılması üçün əsaslı zəmin yaradılıb. İki peykə sahib olan Azərbaycan ötən il üçüncü peykini də orbitə çıxarıb.

Reportajda Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlardan da bəhs edilib. Bildirilir ki, təkcə bir həmlə ilə Naxçıvanın Günnüt kəndi Ermənistanın işğalından azad olunub, 11 min hektar ərazi düşməndən təmizlənib. Son bir ildə görülən işlər sırasında TANAP xəttinin istifadəyə verilməsinə də yer ayrılıb.

Televiziya reportajlarında paytaxt Bakının müasir görkəmini, Azərbaycanın ayrı-ayrı bölgələrini, ölkəmizin füsunkar gözəlliyini, habelə Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Türkiyə KİV-lərinin haqqında ən çox məlumat yaydığı xarici dövlət başçısıdır.

Martın 14-də Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu və Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki dərin məzmunlu nitqi, dövlətimizin başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, ölkədə həyata keçiriləcək islahatlar barədə mesajları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşməsi qardaş ölkənin aparıcı KİV-lərinin diqqət mərkəzində olub. Bütün bu məlumatlar adlarını yuxarıda qeyd etdiyimiz KİV-lərlə yanaşı, nüfuzlu İhlas Xəbər Agentliyinin (İHA) saytında, çoxtirajlı "Hürriyyət”, "Yeni akıt”, "Yeni Şəfəq” və başqa qəzetlərdə, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin rəsmi saytı www.avim.org.tr, "TRT AVAZ” və digər əsaslı xəbər mənbələrində özünə yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!