02 Mart 2026 11:11
159
DÜNYA
A- A+
Türkiyə-İran sərhədində piyada keçidləri dayandırılıb

Türkiyə-İran sərhədində piyada keçidləri dayandırılıb


Türkiyə və İran hakimiyyəti bölgədəki vəziyyətin gərginləşməsi fonunda sərhəd-keçid məntəqələrində piyada keçidlərini dayandırıb.

AZƏRTAC Türkiyənin ticarət naziri Ömer Bolata istinadla xəbər verir ki, piyada keçidlərinə qoyulan məhdudiyyətlər hər iki istiqamətə şamil olunur. Lakin yük maşınları keçid məntəqələrindən həmişəki qaydada keçir.

Türkiyəli nazirin sözlərinə görə, martın 2-də səhər saatlarından etibarən İranla sərhəddə fəaliyyət göstərən üç gömrük-keçid məntəqəsində heç bir fövqəladə hal qeydə alınmayıb.

Hazırda İran və Türkiyə yalnız vətəndaşlarının keçid məntəqələrindən geri qayıtmasına icazə verir. Üçüncü ölkələrin vətəndaşları da İrandan Türkiyəyə keçə bilərlər. “Tərəflər bununla bağlı hərəkətlərini əlaqələndirirlər”, - deyə Ömer Bolat bildirib.

Türkiyənin ticarət naziri əlavə edib ki, Ankara zəruri hallarda gömrük-keçid məntəqələrində tətbiq oluna biləcək əlavə tədbirlər hazırlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdə baş verən gərginlik birjalarda neft və qızılın qiymətini artırıb

13:13
02 Mart

Azərbaycanın xarici işlər naziri qazaxıstanlı həmkarı ilə telefonla danışıb

13:13
02 Mart

Çin vətəndaşı İranda ölüb

13:10
02 Mart

Sabah gündüz Bakıda havanın yağıntılı olacağı gözlənilir

12:58
02 Mart

Səudiyyə Ərəbistanı dron hücumuna məruz qalan “Ras Tanura” neft emalı zavodunu bağlayıb

12:56
02 Mart

Ötən ay 481 mina və 1621 partlamamış hərbi sursat zərərsizləşdirilib

12:54
02 Mart

Türkiyənin vitse-prezidenti iqtisadi sabitliyin qorunması tədbirlərindən danışıb

12:36
02 Mart

İran səfiri Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib

12:30
02 Mart

Azərbaycanla İtaliya arasında prioritet biznes sektorları üzrə əməkdaşlıq imkanları dəyərləndirilib

12:29
02 Mart

Ombudsman: Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri unudulmamalı və beynəlxalq hüquqi qiymətini almalıdır

12:06
02 Mart

Ombudsman Aparatında “Susmayan həqiqətlər” adlı sərgi açılıb

11:51
02 Mart

Çin Böyük Britaniyanı səhvlərini dərhal düzəltməyə çağırıb

11:49
02 Mart

İranda hərbi eskalasiya Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək?

11:48
02 Mart

Azərbaycan UNESCAP-ın 13-cü Regional Forumunda təmsil olunub

11:45
02 Mart

ABŞ, Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələri birgə bəyanat imzalayıb

11:44
02 Mart

Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun açılışı olub - YENİLƏNİB

11:39
02 Mart

Sədr müavini: “AzerGold” əməkdaşlarının mülki müdafiə sahəsində davamlı maarifləndirilməsi təmin olunur  

11:35
02 Mart

Astara sərhədindən növbəti təxliyə: Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub

11:31
02 Mart

Son iki gündə 90 cinayətin açılması təmin edilib

11:31
02 Mart

NİİM moped və motosiklet sürücülərinə müraciət edib 

11:26
02 Mart

Astara buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi üçün lazımi şərait yaradılıb

11:23
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!