Türkiyə ilk dəfə beşinci nəsil qırıcısını təqdim edəcək
Türkiyənin "Türk Havacılık və Uzay Sanayii” şirkəti 53-cü Paris aviaşousunda ilk dəfə beşinci nəsil qırıcısını nümayiş etdirəcək. Aviaşou iyunun 17-dən 23-dək Fransa paytaxtının yaxınlığındakı Le-Burje şəhərində keçiriləcək. Bu barədə TASS agentliyi xəbər verir.
Şirkətin mətbuat xidmətindən agentliyə bildirmişlər ki, Paris aviaşousu zamanı ilk dəfə TF (Turkish Fighter Project) proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısının tamhəcmli maketi nümayiş olunacaq. Beləliklə, Türkiyə Silahlı Qüvvələri üçün nəzərdə tutulan ən yeni döyüş təyyarəsi ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək. Ən yeni qırıcının nümayişi göstərir ki, Türkiyə üçün çox vacib müdafiə layihəsi özünün yeni inkişaf nöqtəsinə çatmışdır.
Hazırda beşinci nəsil qırıcı üzərində iş təyyarəyə tələblərin müəyyənləşdirilməsi səviyyəsindədir. Le-Burje aviaşousunda həmçinin ilk dəfə Türkiyənin T-129 ATAK döyüş helikopteri havada nümayiş etdiriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!