09 Sentyabr 2026 13:06
92
CƏMİYYƏT
A- A+
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Xankəndidən sonra Ağdama gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.

Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də dağıdıblar.

Din xadimləri şəhidlərin ruhuna dualar oxuyublar.

Daha sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad olunduqdan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.

Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Din xadimləri məsciddə namaz qılıblar.

Nümayəndə heyətinə Böyük Qayıdış Proqramı çərçivəsində Ağdamda görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, yenidən qurulan Ağdam şəhərinə və üç kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, bu istiqamətdə işlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir uşağın həyatını dəyişən ailə

13:17
09 Sentyabr

Messi futbolçu kimi yox, klub sahibi kimi qayıdır

13:15
09 Sentyabr

Əhalinin gəlirləri artır: orta əməkhaqqı 1176 manatı keçib

13:10
09 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda

13:06
09 Sentyabr

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

12:53
09 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub

12:50
09 Sentyabr

Xəzər geri çəkilir, Bakı Limanı hərəkətə keçir 

12:47
09 Sentyabr

Gəncədə beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarla görüş keçirilib

12:45
09 Sentyabr

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

12:43
09 Sentyabr

Daşkəsəndə 3 gün davam edən tibbi aksiyadan 322 nəfər yararlanıb

12:40
09 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

12:35
09 Sentyabr

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır 

12:30
09 Sentyabr

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

12:25
09 Sentyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

12:20
09 Sentyabr

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

12:15
09 Sentyabr

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

12:13
09 Sentyabr

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb 

12:10
09 Sentyabr

Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

12:05
09 Sentyabr

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

12:03
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!