09 Sentyabr 2026 12:47
96
İQTİSADİYYAT
A- A+
Xəzər geri çəkilir, Bakı Limanı hərəkətə keçir 

Xəzər geri çəkilir, Bakı Limanı hərəkətə keçir 


“Xəzər dənizinin səviyyəsinin dəyişməsi qlobal miqyasda bir ekoloji çağırışdır. Bu, bütün Xəzəryanı ölkələrin qarşısında duran məsələdir” . Bu fikirləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktoru Eldar Salahov deyib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizində suyun səviyyəsinin enməsi səbəbindən Bakı Beynəlxalq Dəniz Limanıda hər hansı texniki problem, eləcə də gəmilərin qəbulu ilə bağlı məhdudiyyət müşahidə olunmur. Lakin mümkün dəyişikliklərə əvvəlcədən hazırlaşmaq üçün liman tərəfindən artıq konkret addımlar atılır. Salahov bildirib ki, dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender artıq elan edilib və hazırda tenderin nəticələri qiymətləndirilir. Yaxın günlərdə yekun müqavilənin şərtlərinin razılaşdırılması gözlənilir. Plana əsasən, 2026-cı ilin sonlarında Xəzər dənizində beynəlxalq tərəfdaşlarla birlikdə dəniz dibinin dərinləşdirilməsi işlərinə başlanılması nəzərdə tutulur. Prosesin təxminən 1 il yarım davam edəcəyi bildirilir.

Bu hazırlıq təsadüfi deyil. Xəzərin səviyyəsinin azalması davam edərsə, gələcəkdə liman infrastrukturu, gəmiçilik və yükdaşımaların təhlükəsizliyi baxımından yeni tələblər yarana bilər. Dənizin dərinliyinin limanların fəaliyyəti üçün kritik əhəmiyyət daşıması isə belə layihələri uzunmüddətli nəqliyyat strategiyasının mühüm hissəsinə çevirir. Liman rəhbərinin açıqlamasından görünür ki, hazırkı mərhələdə söhbət mövcud problemin aradan qaldırılmasından deyil, gələcək risklərin qabaqcadan hesablanmasından gedir. Bunun üçün dəniz dibinin öyrənilməsi və batimetriya tədbirləri artıq həyata keçirilib.

Beləliklə, Xəzərin səviyyəsindəki dəyişiklik fonunda əsas sual təkcə dənizin nə qədər geri çəkiləcəyi deyil. Digər mühüm məsələ regionun əsas logistika qovşaqlarından biri olan Bakı Limanının bu dəyişikliklərə nə dərəcədə hazır olmasıdır. Hazırkı addımlar göstərir ki, liman mümkün ssenarilərə indidən uyğunlaşmağa çalışır. Xəzərin səviyyəsi ilə bağlı prosesin gələcəkdə necə inkişaf edəcəyi isə həm ekoloji, həm də iqtisadi baxımdan Xəzəryanı ölkələr üçün ciddi əhəmiyyət daşıyacaq. Bakı Limanında görülən qabaqlayıcı tədbirlər də məhz bu dəyişən reallığa hazırlığın bir hissəsidir.


Züleyxa ƏLİYEVA,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

İqtisadiyyata kredit qoyuluşları 34 milyard manatı ötüb

12:56
09 Sentyabr

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil

12:53
09 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub

12:50
09 Sentyabr

Xəzər geri çəkilir, Bakı Limanı hərəkətə keçir 

12:47
09 Sentyabr

Gəncədə beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançılarla görüş keçirilib

12:45
09 Sentyabr

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

12:43
09 Sentyabr

Daşkəsəndə 3 gün davam edən tibbi aksiyadan 322 nəfər yararlanıb

12:40
09 Sentyabr

Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

12:35
09 Sentyabr

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır 

12:30
09 Sentyabr

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

12:25
09 Sentyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

12:20
09 Sentyabr

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

12:15
09 Sentyabr

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

12:13
09 Sentyabr

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb 

12:10
09 Sentyabr

Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

12:05
09 Sentyabr

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

12:03
09 Sentyabr

Milli Məclisin sədri Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb 

12:00
09 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar – YENİLƏNİB 

11:55
09 Sentyabr

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib

11:50
09 Sentyabr

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir

11:45
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!