17 Fevral 2025 12:56
385
CƏMİYYƏT
A- A+
Türk ekspert: Bakının çoxvektorlu və balanslaşdırılmış siyasəti Azərbaycanın Afrikada nüfuzunun artmasına səbəb olur

Türk ekspert: Bakının çoxvektorlu və balanslaşdırılmış siyasəti Azərbaycanın Afrikada nüfuzunun artmasına səbəb olur


Ərazilərin işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə fonunda Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənir ki, bu da Bakının Afrika ölkələri ilə münasibətlərində də özünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce deyib.

O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik dövrünü qeyd edib, Bakının Afrika dövlətlərinin problemlərinin həllinə töhfə verməkdə davam etdiyini vurğulayıb.

Ekspert Prezident İlham Əliyevin 2023-cü ilin martında Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısındakı çıxışını xatırladıb və burada Azərbaycan rəhbərinin diqqəti neokolonializmə doğru artan tendensiyaya yönəltdiyini vurğulayıb.

Türkiyəli professor Qoşulmama Hərəkatını “bəşər tarixinin bu biabırçı səhifəsini tamamilə çevirmək üçün qüvvələri birləşdirməyə” çağıran Azərbaycan dövlət başçısının sözlərini xatırladıb. O deyib: “Prezident İlham Əliyev vurğuladı ki, Fransa hökuməti Yeni Kaledoniya əhalisinin və Fransanın dənizaşırı icma və ərazilərində yaşayan digər xalqların hüquqlarına hörmət etməlidir”. M.Yuce qeyd edib ki, Bakının Afrika ölkələri ilə münasibətləri Qərbin “ikili standartlar” siyasəti, o cümlədən Parisin açıq-aşkar qərəzli kursu fonunda inkişaf edir.

“Bakının çoxvektorlu və balanslaşdırılmış siyasəti Afrikada Azərbaycana dəstəyin artmasına səbəb olub”, - deyən türkiyəli universitet professoru planetin ikinci ən böyük qitəsində Azərbaycanın diplomatik nümayəndəliklərinin sayının artdığını qeyd edib.

M.Yücenin sözlərinə görə, 2019-2023-cü illərdə Bakının Qoşulmama Hərəkatına sədrliyi tərəflər arasında sıx təmasların qurulmasına və qarşılıqlı dəstəyin artmasına töhfə verib. O əlavə edib: “Təsadüfi deyil ki, Afrika ölkələri BMT-də Parisin ermənipərəst təşəbbüsünün iflasa uğramasına səbəb olan Qarabağla bağlı Fransanın qətnamə layihəsinə qarşı çıxıblar”.

Ekspert qeyd edib ki, Azərbaycanın Afrika üzrə müasir siyasətinin prioritet istiqamətləri zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin energetika, kənd təsərrüfatı sektoru və infrastrukturunun inkişafına töhfə verilməsini ehtiva edir.

“Azərbaycan Dövlət Neft Şirkəti Afrikaya investisiyaları artırır, yeni neft və qaz layihələrinə maraq göstərir”, - deyən türk professor Bakının Afrika ölkələrinə yardımlarını, o cümlədən Heydər Əliyev Fondu vasitəsilə çoxsaylı humanitar dəstək aksiyalarını xatırladıb.

Onun fikrincə, Bakının Afrika siyasəti Ankaranın bu qitədə münasibətlər qurmaq kursu ilə üst-üstə düşür.

M.Yüce hesab edir ki, Azərbaycan və Türkiyə müxtəlif qlobal platformalarda, təşkilatlarda və beynəlxalq əlaqələr sistemində bir-birini fəal şəkildə dəstəkləyir. Buna misal olaraq, ekspert Somali Prezidenti Həsən Şeyx Məhəmmədin Bakıya səfərinin nəticələrini, Türkiyənin bu Afrika ölkəsinə dəstək vermək üçün aktiv addımlarını göstərib.

“Bu gün əminliklə deyə bilərik ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlərə deyil, həm də hər iki ölkənin nüfuzunun artmasına töhfə verən vahid fəaliyyət cəbhəsinin formalaşdırılmasına yönəlib. Bu, Afrikada da özünü büruzə verir və ümid edirəm ki, Türk dünyası adlı yeni güc mərkəzinin formalaşması üçün güclü təkan olacaq”, - deyə Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!