18 Aprel 2025 17:09
859
CƏMİYYƏT
A- A+
Türk dünyası məktəbliləri İzmirdə görüşüblər

Türk dünyası məktəbliləri İzmirdə görüşüblər


Türkiyənin DHA informasiya agentliyinin verdiyi xəbərə görə, aprelin 17-də İzmir şəhərindəki Qaziəmir Şəhid Sərhad Sığnaq adına peşə liseyində Türk Dünyası Topluluqları Həftəsi keçirilib. 

Tədbirdə Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Şagirdlər birlikdə "Baharın dastanı ruhu" adlı şou-tamaşa nümayiş etdiriblər.

Tədbir proqramı çərçivəsində məktəblilər Atatürk Mədəniyyət Mərkəzində görüşüblər. Mərkəzdə qonaq ölkələrin mədəniyyətlərinə aid stendlər qurulub. 

Proqramın açılış mərasimində peşə liseyinin müdiri Əhməd Kaya, Şimali Kipr Cümhuriyyətinin Gimnastika Federasiyasının vitse-prezidenti Həsən Bəsri Aydoğan, Türkmənistandan Mehriban Micukova çıxış ediblər. Onlar türk respublikalarının və xalqlarının birliyinin əhəmiyyətindən, mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyindən danışıblar.

Bu görüşdə Azərbaycan təmsilçiləri sırasında Bakı 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova da olub. Şəfa Qurbanova çıxışındaTürkiyə və Azərbaycan arasındakı sarsılmaz qardaşlıq münasibətlərindən bəhs edib. O, tarixi də yad edərək 1918-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin erməni-bolşevik işğalından azad olunmasında  o vaxtki türk dövlətinin rolunun, Nuri Paşanın misilsiz xidmətlərinin  unudulmadığını vurğulayıb.

Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan məktəblilər səhnəyə çıxaraq rəqs ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Araz-2025” birgə təlimi davam edir

21:12
20 May

İspaniya Deputatlar Konqresinin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

21:11
20 May

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib  

21:10
20 May

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

21:09
20 May

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilib

20:23
20 May

Azərbaycan regionda və onun hüdudlarından kənarda sülhə və əməkdaşlığa töhfələr verir  

20:21
20 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

19:08
20 May

Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb  

18:53
20 May

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir  

18:52
20 May

ASK: Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən sahibkarların 5,2 faizi qadınlardır  

18:19
20 May

Azərbaycan və Qazaxıstanın qadın sahibkaları arasında əməkdaşlıq haqqında saziş imzalanıb  

18:17
20 May

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər

18:14
20 May

Rusiya XİN USAID-i sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edib  

18:12
20 May

Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir  

18:10
20 May

Andre Xaçaturyanın adı ABŞ tərəfindən Rusiya ilə dəyişdiriləcək məhbusların siyahısına daxil edilməyib  

18:08
20 May

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Goranboyda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

18:06
20 May

Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir  

18:05
20 May

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

18:05
20 May

Sabah hava yağmursuz olacaq

18:03
20 May

Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik  

18:00
20 May

Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

17:59
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!