24 May 2025 09:59
650
SİYASƏT
A- A+
Türk Dövlətləri Təşkilatı real güc mərkəzi kimi

Türk Dövlətləri Təşkilatı real güc mərkəzi kimi


Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü üzv dövlətlər arasında siyasi həmrəyliyin, strateji əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş TDT çərçivəsində ortaq hədəflərin müəyyənləşdirilməsi, gələcək inkişaf prioritetlərinin formalaşdırılması və inteqrasiya proseslərinin sürətləndirilməsi üçün önəmli bir platforma kimi dəyərləndirilir. Həmçinin Zirvə görüşü Türk dünyasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinə töhfə kimi mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı nəqliyyat sahəsində Azərbaycanın oynadığı strateji rolu xüsusi vurğulayıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan türk dövlətləri üçün mühüm tranzit və logistika xidmətləri göstərməkdədir. Bu imkanlar region ölkələrinin Avropa və Asiyaya çıxışında körpü rolunu oynayır. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəminin inşası davam edir ki, bu da ticarət dəniz donanmasının daha da gücləndirilməsi məqsədi daşıyır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin yaxın illərdə 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır. Bu addım Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirəcək, TDT ölkələri üçün alternativ və etibarlı marşrut yaradacaq.

Prezident İlham Əliyev hava nəqliyyatı sahəsində də mühüm nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanda hazırda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir, 9-cu hava limanının isə tezliklə istifadəyə verilməsi planlaşdırılır. Bu limanlardan 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşir, bu da həmin ərazilərin sürətli bərpasına və regional nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir. Bundan əlavə, illik 1,5 milyon ton yük qəbul edə biləcək yeni karqo terminalının inşası da Azərbaycanın regional logistik mərkəzə çevrilməsi siyasətinin tərkib hissəsidir.

Azərbaycan Prezidenti, həmçinin ölkəmizin ötən ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin yüksək səviyyədə təşkil olunmasından bəhs edib. Bu mötəbər konfransın Bakıda keçirilməsi ölkənin yaşıl enerji və ekoloji təhlükəsizlik sahəsində beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.

Budapeştdə keçirilən Zirvə görüşündə qəbul edilən Bəyannamə Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərini əhatə edən strateji sənəd kimi dəyərləndirilir. Bəyannamədə TDT Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənib. Bu, təşkilatın institusional cəhətdən güclənməsinə və effektiv fəaliyyətinə töhfə verəcək.

Dost dövlətlərin təşəbbüsü ilə qəbul edilən Türk Yaşıl Baxış prinsiplərinə uyğun olaraq Zirvə görüşündə iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji texnologiyalarının inkişafı, iqlimədavamlı infrastrukturun qurulması və tullantıların idarə olunması məsələləri diqqət mərkəzində olub. Bu istiqamətdə göstərilən iradə TDT ölkələrinin ekoloji məsuliyyətə sadiqliyinin göstəricisidir. Həmçinin TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlamasının vacibliyi vurğulanıb. Bu fond türk dövlətləri arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyacaq, regional layihələrin maliyyələşdirilməsi üçün mühüm platforma olacaq.

Zirvə görüşü Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərini sürətləndirmək, institusional gücünü artırmaq və strateji təşəbbüsləri birgə reallaşdırmaq baxımından mühüm hadisə kimi yadda qalacaq.

Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!