Turistləri heyran edəcək qədim yurdumuz
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı şəkildə qurulması vacibdir. Qarabağın əsas turizm mərkəzlərindən biri də Şuşadır. Azərbaycan mədəniyyətinin incisi olan şəhərin tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.
Şuşa turizm mərkəzinə çevrilməkdədir
Şuşanın əsas gəlir mənbəyi turizmdən olurdu. Bura həm də müalicə məqsədilə gəlirdilər. Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsizdir. O cümlədən şəhərin mərkəzinə yaxın Turşsu istirahət və müalicə zonası Şuşaya gələnlərin sevimli yeri idi. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Dağlıq Qarabağda mənzərəli yerlər çox olsa da, Şuşa öz qədimliyi və təmiz havası ilə keçmiş SSRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu.
Şuşa qalası, Şuşa mağarası, şəhərin məhəllələri, Pənahəli xanın sarayı, Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ev-muzeyləri, eləcə də yüzlərlə tanınmış tarixi şəxsiyyətin vaxtilə yaşadığı evlər turizm üçün ən unikal məkanlardandır. Ermənistan işğal dövründə bunları dağıdıb, talan etdi. Lakin şəhərin əvvəlki məşhurluğunu qaytara bilmək üçün hazırda dövlət bu tarixi məkanları bərpa edir. Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı və onlarca başqa məscidlər dini turizm məkanları kimi istifadə edilə bilər. İnsanlar həm ibadətə gələr, həm də əsrlər öncə inşa edilmiş məscidləri ziyarət edərlər.
Qala şəhərimiz gözəl istirahət mərkəzi olacaq
Təəssüflər olsun ki, erməni işğalı altında qalan digər şəhərlərimiz kimi, Şuşa, onun təbiəti də 30 ilə yaxın işğal dönəmində erməni vandalizminin dağıdıcı təsirinə məruz qalıb. Şəhərin tarixi, mədəniyyəti, infrastrukturu ilə yanaşı, onun təbiətinin də 30 illik işğal dönəmində böyük ürəkdağlayıcı zərbələr aldığı birmənalıdır. İndi bunlar öz əvvəlki formasına gətirilir. Şuşada Turşsu yaylaqları, İsa bulağı, Topxana meşəsi, Cıdır düzü və s. yerlər turizm üçün geniş perspektivlər vəd edir. Eyni zamanda mədəniyyət paytaxtımızın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada istifadəyə verilən hotellərdə qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturlar yaradılır. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.
Quruculuq işləri sürətlə davam etdirilir
Qısa müddət ərzində Vaqifin məqbərəsi, büstü yenidən açıldı, Üzeyir bəy Hacıbəylinin abidəsi yenidən qoyuldu, onun dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev-muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı da keçirildi. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun xüsusi rolu var. Qısa müddət ərzində Şuşada "Qarabağ" və "Xarıbülbül" otelləri istifadəyə verildi.
İşğaldan azad olunan kimi Qarabağda dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılması onu göstərir ki, yaxın bir neçə il ərzində bu bölgədə turizm inkişaf edəcək. Ümumilikdə 2025-ci ilə qədər işğaldan azad edilmiş ərazilərə bir milyona yaxın yerli və xarici turistin səfər edəcəyi proqnozlaşdırılır.
Elşən YƏHYAYEV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukraynaya yardım mexanizmi müzakirə edilib - MƏLUMAT
28 Mart
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
28 Mart
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
28 Mart
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib ...
28 Mart
D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır
28 Mart
Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət alb...
28 Mart
Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub ...
28 Mart
Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur ...
28 Mart
Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər
28 Mart
BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!