30 Mart 2012 01:03
558
SİYASƏT
A- A+
Torpaqlarımızın işğalına gedən yol soyqırımıdan başlanır

Torpaqlarımızın işğalına gedən yol soyqırımıdan başlanır

 

XX yüzilliyin ən qanlı səhifələrindən biri azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, deportasiya və repressiyalara məruz qalmasıdır. 1918-ci il martın 30-31-də isə Bakı kommunası və erməni şovinistləri Azərbaycanda daha böyük kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış "Ərzincan barışığı"na uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunun tərkibində xidmət edən erməni hərbi birləşmələri şəraitdən istifadə edərək yerli müsəlman əhaliyə divan tutmağa başladılar. Nəticədə 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirildi, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur oldu.

Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Ona Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək  səlahiyyəti də verilmişdi.

1918-ci il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakı şəhərini dənizdən - gəmilərdən yaylım atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda   30 minə qədər insan qətlə yetirilmişdi. Erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edərək müsəlmanların bir çox  evlərini və ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə" binasına od vuraraq yandırmışdılar. Bakı quberniyasında azərbaycanlıların soyqırımı 1918-ci il sentyabrın ayının ortalarınadək - Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi dövrə qədər davam etmişdi. Erməni millətçilərinin törətdikləri türk-müsəlman soyqırımı zamanı 50 mindən çox azərbaycanlı öldürülmüş, əhali öz doğma yurdundan didərgin düşmüşdü.

Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına vəhşicəsinə son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada, Hacıqabul, Kürdəmir, Salyan və Lənkəran qəzalarında qırğınlar törətmişdilər.

Erməni cəlladları bütün Cənubi Qafqaz ərazisində, azərbaycanlıların yaşadığı həmin bölgələrdə kütləvi qırğınlar törədərək on minlərlə dinc müsəlmanı qətlə yetirdilər. Onlar azərbaycanlıların yaşadıqları kəndləri qarət edir, dağıdır və yandırırdılar. Faktlara müraciət edək: Bakı quberniyasında 229 kənd, Gəncə quberniyasında 272 kənd, İrəvan quberniyasında 211 kənd, Zəngəzur qəzasında 115 kənd, Qarabağda 150 kənd, Quba qəzasında 162 kənd, Şamaxı qəzasında 86 kənd, Vedibasar mahalında 118 kənd, Zəngibasar mahalında 48 kənd, Dərələyəzdə 74 kənd, Safurda 4 kənd dağıdılmış və yandırılmışdı.

Bu soyqırımına əsl hüquqi-siyasi qiymət isə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra verilmişdir. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun  və düzgün hüquqi-siyasi qiymət olmuşdur. Təəssüf ki, zaman, şərait, siyasi mühit dəyişmiş, lakin ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti dəyişməmişdir. Odur ki, bu fərman indiki və gələcək nəsillərin olub-keçənləri unutmamaları baxımından da mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Çünki XX əsrin 80-ci illərinin axırlarında və 90-cı illərin əvvəllərində ərazilərimizin 20 faizi düşmən tapdağı altına düşdü, 1 milyondan artıq soydaşımız öz ev-eşiyindən didərgin düşdü, minlərlə mərd oğul və qızımız şəhid oldu.

Bədnam qonşularımız bilməlidirlər ki, torpaqdan heç  vaxt pay olmur. İndi biz kifayət qədər güclüyük, ölkəmizin bütövlüyünü bərpa etmək üçün qüdrətli ordumuz var. Biz problemin dinc yolla həll edilməsi üçün nə lazımdırsa edirik. Ölkə rəhbəri də dönə-dönə bəyan edib ki, respublikamızın ərazi bütövlüyü heç zaman danışıqların mövzusu olmayacaq və ola da bilməz. Buna görə qəsbkar qonşularımız öz iddialarından birdəfəlik əl çəkməlidirlər. Bu ayın 19-da Bakıda keçirilən Novruz şənliklərindəki nitqində də Prezident İlham Əliyev demişdir: "Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir".

İnanırıq ki, bu, tezliklə belə də olacaqdır. Çünki indi zaman Azərbaycanın xeyrinə işləyir. Daha dünya ictimaiyyəti də erməni uydurmalarına yox, Azərbaycan həqiqətlərinə inanır.

 

Nurlanə BƏŞİRQIZI,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin  aparıcı mütəxəssisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!