26 İyun 2026 08:20
187
İQTİSADİYYAT
A- A+
Torpağın ruzisinin əvəzi yoxdur

Torpağın ruzisinin əvəzi yoxdur


Yeni dövlət proqramı Şabranın kənd təsərrüfatına əlavə nəfəs verəcək


Ölkəmizdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və regional inkişafın sürətləndirilməsi istiqamətində atılan strateji addımlar bölgələrdə öz müsbət təsirini aydın göstərir. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı həmin strateji tədbirlərin davamı kimi qəbul etmək olar. 

Hazırda proqramda nəzərdə tutulan hədəflərə çatmaq və qarşıda duran vəzifələrin icrasını çevik şəkildə təmin etmək üçün bölgələrdə regional müşavirələr keçirilir. Aidiyyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının təmsilçilərini, fermer və sahibkarları bir araya gətirən belə tədbirlərdən biri də bu yaxınlarda Qubada olmuşdu. Şimal bölgəsinin digər nümayəndələri ilə yanaşı, Şabran rayonunu təmsil edən fermerlər də bu müzakirələrdə fəal iştirak edərək yeni beşillik proqramın verdiyi imkan və prioritetlərlə yaxından tanış oldular. Ümumiyyətlə, Azərbaycanın zəngin kənd təsərrüfatı potensialına malik Şabran rayonunda aqrar sektorun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İnkişaf dinamikasında özünəməxsus yeri olan Şabranda cari ilin ikinci rübü ərzində də mühüm işlər görülüb, kəndlinin və sahibkarın fəaliyyətinə hərtərəfli dəstək tədbirləri davam edib.

Rayonda kənd təsərrüfatının aparıcı qollarından olan heyvandarlıq sektorunun inkişafı Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) daimi diqqət mərkəzindədir. DAİM-in direktoru Arzu Hüseynov bizimlə söhbətində bildirdi ki, 2026-cı ilin yanvar-mart ayları ərzində mərkəzə heyvandarlıqla bağlı 250 fermer müraciəti daxil olub. Onun sözlərinə görə, daxil olan hər bir müraciət qurumun əməkdaşları tərəfindən operativ araşdırılıb, vətəndaşlara zəruri xidmətlər göstərilib və təsərrüfatlara özəl baytar həkimlərin yönləndirilməsi təmin edilib: "Xüsusilə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində süni mayalanma tədbirləri uğurla icra olunur. Hesabat dövründə 233 baş inəkdə süni mayalanma aparılmış, 133 baş buzov doğulmuş və "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmışdır. Müraciətlər çərçivəsində 78 fermer buzov subsidiyasının nə zaman ödəniləcəyi ilə bağlı müraciət etmişdir. Heyvandarlıq sektorunun əməkdaşları daxil olmuş müraciətləri dərhal araşdıraraq həmin ödənişlərin gecikmə səbəbləri barədə fermerləri ətraflı məlumatlandırmış, həmçinin 133 baş buzova yerində baxış keçirərək müvafiq akt tərtib etmişlər". 

Bununla yanaşı, rayonda heyvanların sağlamlığının qorunması məqsədilə özəl baytarlar tərəfindən qarayara, bruselyoz və quduzluq əleyhinə peyvəndlənmə tədbirləri  aparılır. Mərkəzin direktoru qeyd etdi ki, fevral ayında heyvandarlıq sektorunun əməkdaşları tərəfindən ESD üzərindən Kənd Təsərrüfatı Nazirliyinə "Akvakultura və balıqyetişdirmə təsərrüfatları" ilə bağlı məlumatlar da forma üzrə doldurularaq göndərilib: "Həmçinin hər həftənin 1-ci günü ət, süd və yemin mövcud orta qiyməti ilə bağlı araşdırmalar aparılaraq nəticələrin nazirliyin Heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinə göndərilməsi təmin edilir". 

Şabran torpaqlarının bərəkətindən səmərəli istifadə olunması üçün bitkiçilik sahəsində də işlər uğurla tənzimlənir. Arzu Hüseynov bildirdi ki, Şabran rayonu üzrə kənd təsərrüfatı təyinatlı torpaqlar 73666 hektardır. Bunun 22020 hektarı əkin təyinatlı torpaqlardır. Rayon üzrə əkin təyinatlı sahələrin 5000 hektarını dəmyə, 17020 hektarını isə suvarılan torpaqlar təşkil edir. Bu geniş sahələrin hər birindən maksimum məhsul götürülməsi üçün aparılan aqrotexniki qulluq və şum işləri nəticəsində 2025-2026-cı təsərrüfat ilində rayon üzrə 16999,7 hektar şum qaldırılmışdır. Onun da 16787,7 hektarında payızlıq taxıl əkini aparılmışdır. Bu, ötən illə müqayisədə 2042 hektar çoxdur.

DAİM-in direktoru onu da vurğuladı ki, təsərrüfatların su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində əkilmiş taxıl sahələrinin 3620 hektarı suvarma suyu ilə təmin edilib: "Amma əkilmiş torpaq sahələrində 1850 hektarda zəif çıxış olmuşdur ki, bu da ümumi sahənin 11 faizini təşkil edir və həmin ərazilər mütəxəssislər tərəfindən nəzarətə götürülmüşdür. DAİM əməkdaşları həftənin 2-5-ci günləri Şabran ərazisində becərilən meyvə və tərəvəzlərin sahə qiymətlərini öyrənərək operativ şəkildə "aqrarbazar" portalına yerləşdirirlər. Payızlıq taxıl əkinlərinin vəziyyəti ilə bağlı məlumatlar da vaxtında və operativ olaraq Kənd Təsərrüfatı Nazirliyi və müvafiq qurumlara göndərilir". 

Cari ilin fevral ayından etibarən payızlıq əkinlər üzrə subsidiyaların verilməsinə başlanılması fermerlər üçün böyük stimul yaradıb. Bu dövrdə subsidiyaların verilməsində qeydə alınan kiçik problemlər dərhal aradan qaldırılıb. Yaradılan dəstəkdən razı qalan təsərrüfat sahibləri yazlıq bəyanlarını vaxtında təqdim ediblər. Belə ki, cari dövrdə yazlıq taxıl üzrə 248,33, qarğıdalı üzrə 397,85, tərəvəz üzrə 179,50, digər bitkilər üzrə 15,18 hektar olmaqla cəmi 840,87 hektar yazlıq bəyan qeydə alınıb. 

Məhz bu sistemli hazırlığın nəticəsi olaraq, 2026-cı ilin 16 iyun tarixindən başlayaraq, rayon ərazisində taxıl biçininə start verilib. Şabranda 8646,9 hektar buğda və 8305,6 hektar arpa olmaqla, cəmi 16952,5 hektar taxıl sahəsinin biçilməsi nəzərdə tutulub. Hazırda rayon ərazisində arpa biçini sürətlə davam edir. Yaz aylarında havaların qeyri-sabit keçməsi ümumi məhsuldarlığın bir qədər azalmasına səbəb olsa da, fermerlər məhsulu itkisiz toplamaq üçün sahələrdə fədakarlıqla çalışırlar.

Paralel olaraq, Şabranın zəngin bağlarında mövsümi canlanma yaşanır. Mövsümə uyğun olaraq meyvə yığımı davam edir. Son məlumata görə, bağlardan 12,2 ton alça, 44,2 ton gilas, 3,5 ton albalı, 108,2 ton giləmeyvə yığılıb. Yığım davam edir.

Şabranda kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdən biri də müasir saxlama və emal infrastrukturunun mövcudluğudur. Hazırda rayon ərazisində 2 soyuducu anbar fəaliyyət göstərir ki, bu da fermerlərin bağlardan topladıqları məhsulun uzun müddət keyfiyyətlə qorunub saxlanılmasını təmin edir. Bununla yanaşı, rayon ərazisində 6 istixana var. Həmin istixanalarda pomidor, xiyar və başqa məhsullar becərilir. Daxili istehsal zəncirinin bütövlüyünü təmin edən 4 emal müəssisəsi və 2 dəyirman da yerli istehsalçıların ixtiyarındadır.

Şabranın kəndlərini gəzdikcə torpağa nəfəs verən fədakar təsərrüfat sahibləri ilə qarşılaşdıq. Onlardan biri Ağalıq kənd sakini Qəşəm Həsənovdur. Fermerin rəhbərlik etdiyi taxılçılıq təsərrüfatı rayonda toxum istehsalı ilə məşğul olan qabaqcıl müəssisədir. Oğulları Rövşən və Elşən də ataları ilə çiyin-çiyinə çalışırlar. Ötən il sahələrdən yüksək məhsuldarlıq əldə etdiklərini söyləyən Q.Həsənov bu yerlərin bərəkətli olduğunu deyir: "Hardasa 1990-cı illərdən bu işin içindəyik. Geniş bir ərazidə - 634 hektar sahədə fəaliyyət göstəririk. Bunun 300 hektarında arpa, 334 hektarında buğda becərmişik. Cari mövsüm havaların yağışlı keçməsi səbəbindən biçinə bir qədər gec başlasaq da, övladlarımla və mövsümi işlərə cəlb etdiyimiz 14-15 nəfərlik işçi qüvvəmizlə məhsulu itkisiz toplamağa köklənmişik".

Təsərrüfatı gəzdikcə dövlət tərəfindən yaradılan şəraitin real nəticəsini fermerin hər cümləsində hiss etdik. "Dövlətimizdən çox razıyıq", - deyən Qəşəm Həsənov müasir texnologiyanın və rəqəmsallaşmanın kəndlinin işini necə asanlaşdırdığını xüsusi vurğuladı: "İndi hansısa çətinliyimiz yarananda yerindəcə həll olunur. Subsidiyalar vaxtında ödənilir, becərmə zamanı lazım olan dərman preparatlarını mütəxəssislər özləri sahəyə gətirirlər. Rayonda bütün fermerlər onlayn şəkildə qrup yaratmışıq. Nə problemimiz, nə ehtiyacımız varsa, ora yazırıq. Səhər sahəyə çatanda görürük ki, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları istədiyimiz köməkliyi artıq bizə çatdırıblar". 

Qeyd edək ki, qabaqcıl fermerin fəaliyyəti təkcə taxılçılıqla məhdudlaşmır. Onun 6 hektarlıq ərazisinin 4 hektarında yeni salınmış və gələn il bəhər verəcək intensiv gilas, 2 hektarında isə artıq məhsulu toplanaraq şirkətlər tərəfindən daxili bazara göndərilən şaftalı bağı salınıb. Torpağın insanı heç vaxt darda qoymadığını deyən təcrübəli toxumçu deyir ki, hazırda şəhərlərdə yaşayan kəndlilərin çoxu həvəslə torpağa qayıdır: "Kəndlinin ruzisi torpaqdan çıxır. Torpağın verdiyi ruzi isə hər şeydən üstündür, onun bərəkəti də, səmərəsi də çox olur".

Heç şübhə yoxdur ki, ölkə rəhbərliyinin aqrar sahənin inkişafı ilə bağlı başlatdığı və bu gün də uğurla davam etdirilən dövlət siyasəti, yaradılmış mükəmməl hüquqi baza, büdcə vəsaiti hesabına verilən subsidiyalar, vergidən azadolmalar və digər güzəştlər bu sahənin uğurlu inkişafını təmin edəcək. Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi, yerli mütəxəssislər və fermerlər bu istiqamətdə öz qüvvə və bacarıqlarını əsirgəmədən qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə, rayonun aqrar potensialının daha da yüksəldilməsinə çalışacaqlar.


Akif ƏLİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

Torpağın ruzisinin əvəzi yoxdur

08:20
26 İyun

Müasir dövr aqrar sektorun inkişafına yeni yanaşma tələb edir

08:15
26 İyun

Azərbaycanla Türkmənistanın çoxtərəfli əlaqələri dərinləşir

08:10
26 İyun

"Ordumuzun gücü dövlətimizin sarsılmaz qüdrətini göstərir"

08:05
26 İyun

Müzəffər Sərkərdə, qalib Ordu Dövlətçiliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı

08:00
26 İyun

Dünya çempionatı: Almaniya Ekvador millisinə məğlub olub

06:49
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!