25 İyun 2026 18:01
151
İQTİSADİYYAT
A- A+
Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib


Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda dövlətin aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu tərəfindən təqdim olunan aqrar sığorta bitkiçilik və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qorumağa imkan verir və dəymiş zərərləri qarşılayır. Aqrar Sığorta Fondu Goranboy rayonundan olan fermer və təsərrüfatlara zərər ödənişləri həyata keçirib.

Goranboy rayonunun Balkürd kəndində fermer Feyzulla Nəbiyevə 2 baş iribuynuzlu heyvanın yoluxucu xəstəlikdən tələf olmasına görə 11 250 manat ödəniş edilib. Eyni zamanda, rayonun Muzdurlar kəndində fəaliyyət göstərən “Türk Qida Sənaye” MMC-yə 6 baş iribuynuzlu heyvanın yoluxucu xəstəlikdən tələf olmasına görə 34 020 manat ödəniş edilib.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə heyvandarlıq təsərrüfatlarını – inək, camış, qoyun və keçiləri sığortalamaq mümkündür. Aqrar sığorta yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və təbii fəlakətlər nəticəsində dəyən zərərləri qarşılayır.

Sığorta ödənişi alan fermer və təsərrüfat nümayəndəsi aqrar sığorta ödənişindən olduqca razı qaldıqlarını bildirib, digər fermerləri də dövlətin bu sərfəli sığorta imkanından istifadə edərək təsərrüfatlarını qorumağa çağırıblar.

Aqrar sığorta dövlət güzəşti ilə təqdim edilir – yəni fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə 1000 manatlıq iribuynuzlu heyvanın sığortası fermerə cəmi 24 manata, 300 manatlıq qoyun və keçinin sığortası isə cəmi 7 manata başa gəlir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il ölkə üzrə 131 mindən çox şagird birinci sinfi bitirib

18:01
25 İyun

Aqrar Sığorta Fondu Goranboyda fermerlərə sığorta ödənişləri edib

18:01
25 İyun

Sahibkarlara dövlət əyar nəzarəti və əyarlama xidməti barədə məlumat verilib

18:00
25 İyun

Almaniyada istilik dalğası rekord göstəricilərlə müşayiət olunur

17:59
25 İyun

Həftəsonu hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:57
25 İyun

Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub  

17:51
25 İyun

Dünya Kubokunda avtomobil meksikalı azarkeşlərin izdihamına çırpılıb

17:32
25 İyun

 Fransa - Norveç oyununda təbii fəlakət təhlükəsi 

17:23
25 İyun

Bəşəriyyətin ən qədim kabusu

17:09
25 İyun

Aİ vergi sistemini sadələşdirir

17:01
25 İyun

ÜST anomal istilərlə bağlı xəbərdarlıq edib

16:49
25 İyun

 Ürəyimizi necə qoruyaq?

16:43
25 İyun

Hesabat: Avropa ekstremal hava riskləri zonasına çevrilir  

16:36
25 İyun

Parlament diplomatiyası Azərbaycanın xarici siyasət kursunda mühüm yer tutur

16:34
25 İyun

Səhiyyə Nazirliyi: Qanvermə aksiyalarında 2821 könüllü donor iştirak edib, 1269,45 litr qan toplanıb

16:29
25 İyun

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Belarusdan hücum riskini qiymətləndirib  

16:14
25 İyun

Azərbaycan və Həştərxan vilayəti arasında regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi nəzərdən keçirilib

16:12
25 İyun

Müdafiə naziri: Bu gün məzun olan gənc zabitlərimiz Zəfərin məsuliyyətini və dəyərini dərindən dərk etməlidirlər 

16:09
25 İyun

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

16:07
25 İyun

Energetika naziri Ağdamda vətəndaşlarla görüşüb

16:03
25 İyun

Baş nazir: Nəqliyyat dəhlizlərinə tələbat sürətlə artır

15:56
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!