28 May 2023 09:35
996
CƏMİYYƏT
A- A+
Torpağı Vətən edən şəhidlər 

Torpağı Vətən edən şəhidlər 

 

Şəhidlik Tanrı dərgahına gedən müqəddəs yoldur. Allahın sevdiyi bəndəsinə lütfüdür. İllərdir ki, namərd düşmən torpağımızı işğal edib, yurdumuzu çirkin niyyətlərinin poliqonuna çevirmişdi. İllərdir ki, dağ da, daş da, düşmən ayağı altında olan sinəsi yaralı torpaq da qisas deyib qeyrətli oğullarımızı döyüşə səsləyirdi. Birinci Qarabağ müharibəsində torpaq uğrunda canını fəda edən, həyatını Vətənə qurban verib şəhid olan nakam taleli oğullarımızın ruhları bizi mübarizəyə çağırırdı. 
2020-ci ilin 27 sentyabrında azğın düşmənə layiqli cavab vermək əzmində və qüdrətində olan Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"unu düyünləyib yetər dedi. O, andan xalq bir olub o qəzəbli yumruğa döndü. Oğullarımız Hərbi Səfərbərlik İdarələrinin qarşısına axışıb, döyüşmək, düşmənə layiq olduğu yeri göstərmək niyyətlərini bildirərək silaha sarıldılar. Analar döyüşə uğurladıqları övladlarının arxasınca gözyaşı tökmədilər, su səpdilər. Oğullar "təki Vətən sağ olsun" deyib əzmlə düşmənin üstünə yeridilər. Onların sırasında Əli də var idi…
Əli Mehman oğlu Nağıyev 1991-ci il dekabrın 25-də Səbail rayonunda anadan olub. 91 nömrəli məktəbin doqquzuncu sinfini bitirdikdən sonra təhsilini 6 saylı Texniki peşə liseyində davam etdirib. Sürücülük peşəsinə yiyələnib. 2010-cu ildə həqiqi hərbi xidmətə çağırılan Əli Nağıyev hərbi xidmətinin ilk aylarını Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissənin minaatan bölüyündə keçirsə də, sonralar hərbi xidmətini Ağdam rayonunda davam etdirib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət Bakı şəhərində sürücülük edən Əli Nağıyev daha sonra "Safir" hotelində işə düzəlib. İşlədiyi müddətdə səmimiyyəti ilə seçilən gənc kollektivin dərin hörmətini qazanıb. 
2020-ci ilin yayında düşmənin Tovuz rayonu istiqamətində torpaqlarımızı işğal etməyə cəhd göstərməsi Əli Nağıyevin də qəzəbinə səbəb oldu. O, yaşadığı rayonun Hərbi Səfərbərlik İdarəsinə gəlib düşmənlə döyüşməyə getmək istədiyini bildirdi. Əli Nağıyev 2020-ci il sentyabrın 20-dən Pirəkəşküldə hərbi təlimlərə cəlb olundu. 27 sentyabrda isə səhər tezdən Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza xaincəsinə basqını zamanı Füzuli rayonunda düşmənlə qanlı savaşa girənlərin sırasında səf tutan qəhrəman oğullarımızdan biri oldu Əli.
Əli Nağıyev 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərdi. 20 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Əli Nağıyev 22 oktyabrda Səbail rayonu Badamdar qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edildi. Vətən müharibəsində göstərdiyi şücaətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edildi.
Döyüş yoldaşı Ağalar Ağayevin xatirələri:
 - Vətən müharibəsinin ilk günü, sentyabrın 27-də səhər tezdən Füzulidə Əli Nağıyevlə tanış oldum. Elə ilk döyüşlər zamanı o, bacarığı, səmimiyyəti və təmkinli davranışı ilə diqqətimi çəkdi. Qorxu hissindən uzaq, hərəkətlərini idarə edə bilən, ən gözlənilməz məqamda vəziyyətdən çıxmağı bacaran, vəziyyəti  olduğu kimi qəbul edən, əsl döyüşçü xarakteri olan bir əsgər idi. Həqiqi hərbi xidmətdə olanda minamiyot bölüyündə xidmət etdiyindən həm avtomatdan istifadə edə bilirdi, həm də minaatanlarla işləyirdi.
Əli ilə birlikdə Cəbrayılda, Qubadlıda, Xocavənddə döyüşlərimiz olub. Oktyabrın 20-də gecə döyüşə getdik. Bizə həmin ərazinin Qubadlı rayonuna aid olduğunu demişdilər. Bəlkə də, bilmirəm, Xocavəndin ərazisi idi. Çox ağır döyüşlər gedirdi. Düşmən ciddi müqavimət göstərirdi. Artilleriya mərmilərini yağış kimi üstümüzə yağdırırdı. Gecədən başlayan döyüş səhər saat 10-a kimi davam etdi. İtkilərimiz çox oldu. Bu zaman Əlinin fikirli-fikirli bir daşın üstündə oturduğunu gördüm. Sakit, təmkinli görünürdü. Ətrafa düşən mərmiləri sanki görmürdü. Bu an Əlinin yaxınlığına mərmi düşdü. Toz dumana qarışdı. Bir qədərdən sonra onu oturduğu daşın yanında uzanıqlı vəziyyətdə gördüm. Üzündən nur tökülürdü. O, şəhadətə yüksəldi. Bu döyüşdə bölüyümüzdən 27 şəhid verdik. 
Gərək Tanrının sənə verdiyi ömrü elə ləyaqətlə yaşayasan ki, bu rəngarəng dünyada seçilə biləsən. Belə bir ömür isə şəhidlərə nəsib olur.

E.QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!