27 Noyabr 2015 07:11
491
Elm və texnika
A- A+
Tofiq İsmayıl oğlu Hacıyev

Tofiq İsmayıl oğlu Hacıyev

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 2015-ci il noyabrın 27-də ömrünün 80-ci ilində vəfat etmişdir.

Tofiq Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1958–1961-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji Dillər İnstitutunda başlayan Tofiq Hacıyev 1962–1968-ci illərdə burada Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur. 1969-cu ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayaraq, o, 1970-ci ilədək universitetdə Azərbaycan dilçiliyi kafedrasının dosenti, 1970–1984-cü illərdə türkologiya kafedrasının professoru işləmiş, 1984-cü ildən ömrünün sonunadək həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. Tofiq Hacıyev 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olmuşdur. 2014-cü ildə o, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru təyin edilmişdir.

Tofiq Hacıyev 1962-ci ildə filologiya elmləri üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Tofiq Hacıyev 1970-ci illərdən başlayaraq səmərəli elmi-pedaqoji fəaliyyəti ilə ölkədə elmin və təhsilin inkişafına dəyərli töhfələr vermişdir. O, milli filologiyanın aktual problemlərinin həlli ilə ardıcıl məşğul olmuş, xalqın dili və tarixi məsələlərini vəhdətdə araşdırmışdır. Fundamental Azərbaycan ədəbi dili tarixinin yaradılması sahəsində silsilə tədqiqatları ilə tanınan alimin pedaqoji fəaliyyətinin başlıca istiqamətini ana dilinin saflığının qorunması təşkil edirdi. Tofiq Hacıyevin elmi yaradıcılığında Azərbaycan xalqının möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarının mühüm yeri vardır. Onun dilçiliyin müxtəlif istiqamətlərinə dair yüksək nəzəri səviyyəsi ilə seçilən çoxsaylı araşdırmaları türkologiya elminin nailiyyətləri sırasındadır.

Tofiq Hacıyev bütün elmi fəaliyyəti boyunca milli ədəbi fikir tarixində dili, eyni zamanda, estetik zənginlik baxımından, üslub, sənətkarlıq və poetika mövqeyindən geniş araşdırmışdır. Bədii dilin yaradıcılıq prosesində əsas tendensiyalarının üzə çıxarıldığı həmin araşdırmalar klassik və müasir sənətkarların irsini obyektiv səciyyələndirməsi sayəsində ədəbi tənqidin qiymətli nümunələri olaraq həmişə diqqəti cəlb etmişdir.

Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapmışdır.

Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli elm xadimi, mahir pedaqoq və səmimi insan Tofiq İsmayıl oğlu Hacıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Akif Əlizadə

Mikayıl Cabbarov

İsa Həbibbəyli

İsmayıl Hacıyev

Rafael Hüseynov

Abel Məhərrəmov

Vasim Məmmədəliyev

Nizami Cəfərov

Teymur Kərimli

X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il noyabrın 28-də saat 11.00-dan 13.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!