17 Oktyabr 2025 09:10
13200
Oxucu məktubları
A- A+
Ticarət fəaliyyəti sanitar mədəniyyəti ilə uzlaşmalıdır

Ticarət fəaliyyəti sanitar mədəniyyəti ilə uzlaşmalıdır


Bakının ən işlək ticarət məkanlarından biri olan 8-ci kilometr bazarı uzun illərdir paytaxt sakinlərinin gündəlik alış-veriş ünvanıdır. Bazarın ətrafında da meyvə-tərəvəz, geyim, balıq, ət və digər ərzaq məhsulları, hətta müəyyən tikinti avadanlıqları münasib qiymətlərlə satıldığı üçün bura həmişə alıcılarla dolu olur. 

Lakin bazarın iqtisadi canlanması fonunda ətraf mühitin və sanitar vəziyyətin getdikcə daha da pisləşməsi həm sakinləri, həm də oradan keçənləri ciddi narahat edir. Bir müddət əvvəl bu ərazidə qanunsuz küçə ticarətinin, antisanitar vəziyyətin aradan qaldırılması, şəhərin görünüşünə xələl gətirən köşklərin götürülməsi işlərinə başlanılsa da, məsələ tam həll olunmamış qalır.

Bazarın içərisində səliqə-sahman hiss olunsa da, ətrafındakı mənzərə xoşagələn deyil. Piyada yolları zəbt olunub,  maşınlar yol kənarında nizamsız park edilib. Bu vəziyyət həm hərəkətə, həm də təhlükəsizliyə böyük maneə yaradır. Satıcıların bir qismi mallarını sanki küçənin ortasında sərgiləyir - toz basmış uşaq geyimləri, quru meyvələr, müxtəlif ərzaq məhsulları, təmizlik ləvazimatları, antisanitar vəziyyətdə fəaliyyət göstərən iaşə obyektləri - nəticədə yolboyu səliqəsiz ticarət sıraları əmələ gəlir. Heç bir sanitariya tələblərinə cavab verməyən səyyar köşkdə nar şirəsi satışından tutmuş gül-çiçək satış "obyekti"nədək hamısı piyada yolunu keçilməz vəziyyətə salıb. Bazarın yükdaşıyan arabaları yolun hərəkət hissəsində dayanaraq avtomobillərin gediş-gəlişinə ciddi maneçilik törədirlər. 

Ən narahatedici mənzərələrdən biri isə küçədə balıq satışı "obyekt"lərində müşahidə olunur. Açıq havada, günün altında satılan balıqların yaratdığı qoxu və axan çirkli sular həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi təhlükədir. Bu yerlərdə sanitar qaydalara əməl olunmadığı açıq-aşkar görünür. Balıq təmizlənən yerlərdən axan su kanalizasiya sisteminə deyil, birbaşa küçəyə buraxılır. Ətrafda toplanan tullantılar isə çox zaman günlərlə yığılmamış qalır.

Bazarın ətrafında zibil konteynerlərinin kifayət qədər olmaması tullantıların yerə atılmasına, qutuların dolub daşmasına və küləklə ətrafa sovrularaq küçələrə yayılmasına gətirib çıxarır. Bu həm qoxu, həm də infeksiya mənbəyinə çevrilir. Ətrafdakı binalarda yaşayan sakinlər bu vəziyyətdən şikayət edir, xüsusilə yay aylarında havanın dözülməz olduğunu bildirirlər.

Sosial məsuliyyət baxımından bu vəziyyət həm sahibkarların, həm də nəzarət orqanlarının diqqətindən yayınmamalıdır. Ticarət fəaliyyəti yalnız qazanc məqsədi ilə deyil, həm də ictimai rifahla uzlaşmalıdır. Əgər bir ticarətin fəaliyyəti şəhərin ekoloji və sanitar balansını pozursa, deməli, həmin yerdə ciddi qaydalar tətbiq edilməlidir.

Şəhərin abadlığını və təmizliyini bu cür antisanitar məkanların kölgəsində qoyub ticarət edənləri yaxınlıqdakı bazarın içində deyil, ətrafında alver etmələrinin səbəbi nədir?! Bazar piştaxtalarının qiymətlərimi? Yaxud digər səbəblər? Hər halda müvafiq təşkilatlar bu suala cavab tapmağa borcludurlar.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!