08 Noyabr 2025 04:26
5136
Qanunlar
A- A+
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-cibəndini rəhbər tutaraq qərara alır:

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4(Cild I);2024, № 11,maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025,№ 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-2-ci maddə üzrə:

1.1. 15-2.1-ci maddəyə "himayəyə götürülmüş" sözlərindən sonra ", habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla)" sözləri əlavə edilsin;

1.2. 15-2.3-cü maddədən "həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla)," sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 15-2.4-cü maddə əlavə edilsin:

"15-2.4. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçirilir.".

2. Aşağıdakı məzmunda 15-17.2.3-3-cü maddə əlavə edilsin:

"15-17.2.3-3. xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 24 oktyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!