01 Dekabr 2023 15:29
374
DÜNYA
A- A+

The Economist: Sürix və Sinqapur dünyanın ən bahalı şəhərləridir

 

“The Economist” jurnalı dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

AZƏRTAC xəbər verir ki, Sürix və Sinqapur şəhərləri reytinqdə birinci və ikinci yerləri bölüşür. İlk onluğa daxil olan digər üç Avropa şəhəri - Cenevrə, Paris və Kopenhagen kimi, İsveçrənin maliyyə şəhəri də yüksək inflyasiya səviyyəsinə görə bir il ərzində beş pillə yüksələrək siyahının ön sırasında yer alıb. Sinqapur isə sorğunun son on bir ilinin doqquzunda birinci yeri tutub.

Ümumilikdə 173 şəhərdə 200 məhsulun və xidmətin qiymətini tədqiq edən ekspertlər bu il yaşayış qiymətlərinin orta hesabla 7,4 faiz artdığını qeydə alıb.

Qeyd edək ki, 2022-ci ildə Sinqapurla birgə dünyanın ən bahalı şəhəri statusunu qazanan Nyu-York da ABŞ-ın digər meqapolisləri kimi reytinqdə geriləyib. Yeni siyahıda Nyu-York şəhəri Cenevrə ilə birgə üçüncü və dördüncü, Los-Anceles altıncı, San-Fransisko onuncu pillədə qərarlaşıb. Həmçinin bu ilin ən bahalı şəhərləri reytinqində Honkonq beşinci, Paris yeddinci, Təl-Əviv səkkizinci, Kopenhagen isə doqquzuncu yeri tutub.

Tehranı qabaqlayan Dəməşq isə 2023-cü ildə dünyanın ən ucuz şəhəri olub. Ən böyük eniş isə milli valyutasının dəyər itirdiyi Rusiya şəhərlərində baş verib. Yuanın devalvasiyası və koronavirus pandemiyası Çin şəhərlərinin də mövqelərini itirməsinə səbəb olub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video