Tezliklə buna ehtiyac olacaq
Hamı etiraf edər ki, son on ildə avtomobillərin sayının artması şəhərlərdə ekoloji tarazlığın pozulması ilə nəticələnib. Bir çox ölkədə nəqliyyat vasitələrini elektromobilləşdirməyə maraq artmaqdadır.
Yaşadığımız Sumqayıt şəhərində bircə il əvvəl tıxac haqqında düşünmək belə, insanın ağlına gəlməzdi. Bu gün hər səhər və axşam şəhərin giriş və çıxışında, iri marketlərin qarşısında keçilməz tıxacla üzləşmək adi hala çevrilib. Üç hərəkətli yolların iki hissəsini maşınlar "zəbt" edir.
Hər şey də buradan başlanır: böyük tıxac, əsəb, stres, dava-dalaş, qəza və s. Çoxları bu vəziyyətdən çıxış yolunu şəhərdə velosiped və motosikletlərlə hərəkətdə görür. Bəzilərini tanıyırıq da. Aralarında həkim, müəllim, müxtəlif peşə sahibləri də var. Şəxsi avtomobilləri olmasına baxmayaraq, şəhər daxilində velosipedlə hərəkət etməyə üstünlük verirlər.
Bütün bunları nəzərə alaraq təkliflə çıxış etmək istəyirik. Sumqayıtda istirahət mərkəzlərində velosiped hərəkəti üçün xüsusi yol ayrılıb. Yaxşı olar ki, şəhər daxilində motorlu və ayaqla idarə eilən velosipedlər üçün ayrıca yol nişanlansın. Çünki artıq Sumqayıtda maşınla velosipedlərin toqquşması halları qeydə alınıb. Əminik ki, tezliklə buna böyük ehtiyac olacaq. Əgər əvvəllər şəhərdə velosipeddən istifadə edənlərin sayı barmaqla göstərilirdisə, hazırda onlar minlərlədir.
Bakir MƏMMƏDOV,
Rəhman RƏHMANOV,
Sumqayıt şəhər sakinləri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA...
05 Dekabr
Rusiyanın hərbi obyektləri VURULDU
05 Dekabr
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib
05 Dekabr
İran prezidenti Rusiyaya gedir - SƏBƏB
05 Dekabr
ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlanılıb
05 Dekabr
Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
05 Dekabr
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır
05 Dekabr
İcma sədrinin müavini: Qərbi azərbaycanlılar 35 ildir doğmalarının məzarlarını ziyarət edə bilmirlər...
05 Dekabr
Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
05 Dekabr
Azərbaycan-Albaniya enerji əməkdaşlığı müzakirə edilib
05 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!