07 İyun 2018 04:06
282
SİYASƏT
A- A+
Tevos ARŞAKYAN: “Ermənilər inanırlar ki, Qarabağa sabitliyi İlham Əliyev gətirə bilər”

Tevos ARŞAKYAN: “Ermənilər inanırlar ki, Qarabağa sabitliyi İlham Əliyev gətirə bilər”

 

Xankəndidə separatçı rejimə qarşı başlayan kütləvi etirazlarda əhali Azərbaycanla sülhün əldə olunmasına çağırış edir

 

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verənlər istər bu ölkədə, istərsə də Yerevanın nəzarətində olan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimdə yeni təlatümlü mərhələnin başlandığını göstərir.
Məsələ burasındadır ki, hakimiyyəti devirən Nikol Paşinyanın “baş nazir”liyinin bir ayı tamam olmamış ölkədə qisasçılıq aktları başlayıb. Sarkisyan klanı Ermənistanın baş naziri Nikol Paşinyana qarşı açıq gedişlər etməkdə, onun mövqelərini zəiflətməyə çalışmaqdadır. Bu xüsusda növbəti etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib.

 

Klanlararası savaş yeni iqtidarın da sonunu gətirir

 

Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib. Onun fikrincə, baş qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın baş qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb. Bundan başqa, Serj Sarkisyana bağlı kadrların vəzifədən uzaqlaşdırılması, həbsə atılması da vəziyyəti qəlizləşdirir.
Bu arada Xankəndidə yaşanan olaylar da Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında qarşıdurmanı tədricən pik həddə çatdığını göstərir. Xatırladaq ki, iyunun 1-də Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub və bununla əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunurdu. Ancaq bu hadisə etirazlar üçün qığılcım rolunu oynayıb.
Məlum olub ki, separatçı rejimin “güc strukturlarının rəhbərləri” və onların ailə üzvləri davranışları ilə bölgədəki erməniləri girov vəziyyətinə salıblar. Aksiya iştirakçılarının separatçı rejimin “güc strukturları”nın “istefası”nı tələb etməsi də bunu bir daha təsdiqləyir.
Dünən isə qondarma rejimin Milli Təhlükəsizlik Xidmətinin direktoru, general-leytenant Arşavir Qaramyan, "dövlət naziri" Araik Arutyunyan və polis rəisi, general Kamo Ağacanyan istefa veriblər. Onu da qeyd edək ki, Araik Arutyunyan ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdir.
İndi etiraza qalxanlar tələblərinə əməl olunmasını qəti şəkildə istəyirlər. Ekspertlər deyirlər ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinin devrilməsi Qarabağda onun tərəfdarları üçün də ciddi problem yaradıb. Qarabağdakı ermənilər bildirirlər ki, indiyədək bölgədə qorxu hakim idi. Lakin artıq vəziyyət dəyişir. Digər tərəfdən, baş verənlər fonunda fikirlər də səslənir ki, olaylar öz aralarında qarşıdurmanı daha da dərinləşdirəcək və onları daha zəif duruma salacaq.
Ekspertlər bu fonda hesab edirlər ki, Xankəndidəki etirazlar qabaqcadan planlaşdırılmış siyasi sifarişdir. Belə ki, etirazların əsas məqsədi Serj Sarkisyanın yaxın adamı olan separatçı Bako Saakyanı devirməkdir. Bununla “Qarabağ klanı” tam sıradan çıxarıla bilər.

 

Qarabağda baş verənlərdən Paşinyan öz məqsədləri üçün istifadə edir

 

Erməni mediası da yazır ki, Qarabağda baş verənlərdən Paşinyan öz məqsədləri üçün istifadə etməyi düşünür. O hesab edir ki, Ermənistanda hakimiyyət dəyişilibsə, bunun Qarabağda da təkrarlanması vacibdir. Çünki Paşinyan Sarkisyan klanına qarşı əsl savaş başladıb. Hətta Ermənistan Xüsusi İstintaq Xidməti 1 mart hadisələri ilə bağlı təhqiqatın aktiv mərhələsinə başlayıb.
“Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən xidmətin 1 mart təhqiqatıyla bağlı Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da dindiriləcəyini yazıb. Qeyd edək ki, 2008-ci il martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı. Koçaryanın bu addımının araşdırılmasına Serj Sarkisyanın hakimiyyəti dönəmində izn verilməyib.
Paşinyan hakimiyyətə gəldikdən sonra aktivistlər 1 mart hadisələrinin araşdırılmasını tələb etməyə başlasa da, hələlik hökumət bununla bağlı açıq bəyanat yaymayıb. Amma artıq reallıqda bununla bağlı iş gedir və belə vəziyyətdə Sarkisyan klanının bütün istiqamətlərdə zəiflədilməsi xüsusi diqqət mərkəzində yer alır. Bura Qarabağdakı rejim də daxildir. Bako Saakyanın devrilməsi Paşinyan üçün çox mühümdür.

 

“Ermənilərə Qarabağda rahat və firavan həyatı yalnız Azərbaycan bəxş edə bilər”

 

Erməni siyasi şərhçi Tevos Arşakyan bu fonda yazır ki, Xankəndidə ermənilərin ayağa qalxmasının bir sıra dərin səbəbləri, o cümlədən klanlararası məqamları var: “Ermənistandakı “Qarabağ klanı”, konkret olaraq, Serj Sarkisyan və Robert Koçaryan tərəfindən Qarabağa “rəhbər” təyin edilən Bako Saakyan çoxillik hakimiyyəti ərzində qorxu aparatı yaradıb. Yoxsulluq, korrupsiya, bir neçə generalın “müharibə yalanları” adı altında yaratdıqları idarəçilik və s. Qarabağdakı ermənilər artıq orada yaşaya bilmirlər. İnsanlar qorxu içində yaşayırlar və anlayırlar ki, Saakyan narazıların nazı ilə oynamayacaq, əksinə, onları amansızcasına cəzalandıracaq. Yerevanda baş verən inqilabdan sonra Xankəndidəki ermənilər illərdir üzərlərində olan qorxu atmosferini dağıda bildilər”.
Arşakyan etiraz aksiyasının Xankəndidəki qondarma rejimi qorxuya saldığını vurğulayıb: “İnsanlar rejimin indiyə qədər yaratdığı “Azərbaycan qorxusu”nun da yalan olduğunu anlayır. Hərçənd, müharibə və qan üzərində hakimiyyətə gələn “Qarabağ klanı” “Azərbaycan təhlükəsi”ni qabardaraq, insanları qorxu altında saxlayırdı. “Biz olmasaq, türklər sizi öldürəcək!”, onların şüarları belə idi. Lakin zaman keçdikcə amansız rejimin Azərbaycandan daha təhlükəli olduğu ortaya çıxdı və insanlar süni yaradılmış qorxunu dəf etdilər. İndi ermənilər bilir ki, burada onlara rahat və firavan həyatı yalnız Azərbaycan bəxş edə bilər. İnsanlar Azərbaycanla sülhün əldə olunmasına çağırış edirlər. İndi buradakı ermənilər daha çox inanır ki, Qarabağa sabitliyi N.Paşinyan yox, İlham Əliyev gətirə bilər”.
Bu proseslər Ermənistanda iki klan arasında narazılığın getdikcə dərinləşdiyini sübut edir. Paşinyan isə verdiyi sözlərə rəğmən Sarkisyan güruhunu neytrallaşdırmağa çox tez başlayıb. Hər bir halda onun addımları açıq-aşkar köhnə komandanın məhvinə yönəlib. Bir tərəfdən hakimiyyəti yeni ələ keçirmiş adam tərəfindən belə addımların atılması normaldır. O, hakimiyyətini möhkəmlətmək istəyir. Digər tərəfdən, Paşinyanı hakimiyyətə gətirən kütlə klan davası yox, iqtisadi tərəqqi istəyir. Amma Paşinyan bunu həll etmək gücündə deyil, onun başı hazırda vəzifəsini qorumağa qarışıb.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!