Terrorçu Ermənistanın ifşasında hamı fəal olmalıdır
Aldığı sarsıdıcı zərbədən özünə gələ bilməyən düşmən daha da azğınlaşıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarında erməni tərəfin dinc sakinləri, yaşayış yerlərini atəşə tutması, demək olar ki, hər gün yer alır. Mülki əhali arasında həlak olan və yaralananlar var. Evlərə, fərdi və ictimai əmlaka, təsərrüfatlara ziyan dəyib. Bu hal Tərtər və Ağdam istiqamətində hələ də davam etməkdədir. Ermənistan silahlıları müharibə qanunlarını, eləcə də beynəlxalq konvensiyaların, hüququn tələblərini kobud şəkildə pozur. Halbuki Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə aldığını dəfələrlə bəyan edib. Hərbi mundirli və əli silahlı şəxs əgər silahsız mülki vətəndaşlara, dinc əhaliyə atəş açırsa, bu, quldurluq, hərbi cinayətdir.
KİV, ictimaiyyət, dövlət və qeyri-dövlət təşkilatları Ermənistanın apardığı bu mənfur, insanlıq əleyhinə quldur siyasətini ifşa etməli, fakt və dəlilləri, eləcə də tələblərini bütün mötəbər beynəlxalq təşkilatlara, BMT-yə, ATƏT-ə, Avropa Komissiyasına, böyük dövlətlərin başçılarına, parlamentlərinə ünvanlamaqla vətəndaş fəallığı nümayiş etdirməlidir. Nəzərə almaq lazımdır ki, ermənilər bu istiqamətdə də dünyaya yalan sırımağa çalışır, öz əməllərini Azərbaycanın adına yazmağa səy göstərirlər. Dünya ictimaiyyəti həqiqətlərdən hali olmalıdır ki, Azərbaycan Ordusu düşməni susdurmaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyatların səbəblərini anlasın.
Bəs hər fürsətdə insan hüquqlarından dəm vuran beynəlxalq qurumlar niyə susurlar, nə üçün Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən bu terror aktlarına qiymət verib haqq səslərini ucaltmırlar? Əgər bir dövlət hərbi qüvvələrindən başqa bir dövlətin ərazisində onun mülki şəxslərinə qarşı istifadə edirsə, bu zaman ağır silahlara da əl atırsa, bunun adı terrordur! Ermənistan bu yolla, dinc sakinləri hədəfə almaqla Azərbaycan dövlətinə dolayı təsir göstərmək istəyir! Əbəs yerə!
Terror da, terrorçu da ifşa olunmalı və təcili zərərsizləşdirilməlidir. Dünyada terrora qarşı koalisiya yaradan, mübarizə aparan ölkələr, xalqlar və qüvvələr də bizim bu haqq işimizi müdafiə etməli, Ermənistana qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bunun üçün biz ideoloji-informasiya fəaliyyətimizi genişləndirməli, hər ölkədə, hər beynəlxalq qurumda usanmadan iş aparmalıyıq: nəticə hasil olanadək, düşmən ram edilənədək!
Ərəstun FƏTULLAYEV,
Bakı şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!