“Təhsil haqqında” qanuna dəyişikliklər təhsilin fasiləsizliyinin təmin edilməsinə şərait yaradacaq
Oktyabrın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə ikinci oxunuşda “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir. Gündəliyin təsdiqindən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşdan sonra layihələrlə bağlı görülmüş işlər barədə məlumat verib, deputatların dəyişikliklər barədə müsbət fikirlər söylədiklərini və sənədləri konseptual baxımdan dəstəklədiklərini bildirib.
Sonra komitə sədri Bəxtiyar Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.
Müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Tamam Cəfərova, Şahin Seyidzadə, Eldar Quliyev, İsa Həbibbəyli, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva qanun layihələri ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər. Deputatlar mahiyyət etibarilə bir-biri ilə bağlı olan layihələrdə təhsilin subbakalavr pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini, yüksək texniki peşə təhsili alanlara da tam orta təhsil almaq hüququnun verilməsini və onların təhsilin növbəti mərhələsi olan bakalavriat səviyyəsinə keçidinin asanlaşdırılmasını mütərəqqi dəyişikliklər adlandırıblar.
Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Etibar Əliyev, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Ceyhun Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!