29 Aprel 2024 12:20
226
DÜNYA
A- A+

ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır

 

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.

AZƏRTAC xəbər verir ki, Antoni Blinken Ər-Riyadda ölkənin ali rəhbərliyinin nümayəndələri ilə görüşəcək, həmçinin beş ərəb dövləti - Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsləhətləşmələr aparacaq. Onlar Qəzza sektorunun müharibədən sonrakı gələcəyini müzakirə edəcəklər. Antoni Blinkenin Ər-Riyadda Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması mövzusuna da toxunacağı gözlənilir.

ABŞ-ın dövlət katibi daha sonra İordaniya və İsrailə gedəcək. O, Binyamin Netanyahu ilə görüşündə Qəzza sektorunda humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video