Təhsil gələcəyin təməlidir
Tovuz rayonunda 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələbə gənclərlə görüş keçirilmişdir
Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Tovuz şəhər A. Qasımov adına tam orta məktəbin həyətində keçirilən görüşdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsinə göstərdikləri qayğı bu sahənin inkişafına geniş yollar açmışdır. Bunu Tovuz rayonunun timsalında aydın görmək olar. Belə ki, təkcə son 16 ildə Tovuzda 39 müasir tipli məktəb binası tikilib istifadəyə verilmişdir.
Xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bütün vətəndaşlarda olduğu kimi, tovuzlularda da böyük məmnunluq hissi yaratmışdır. Görüşdə qeyd edilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən 2020-2021-ci tədris ili üçün ümumi şagird sayı 3068 olan 4 müasir məktəb kompleksinin inşası sərhəd bölgəsində yerləşən tovuzlular üçün ən böyük hədiyyədir. Eyni zamanda dövlətin qayğısı ilə Aşağı Quşçu kəndində yenidən inşa olunmuş 1176 şagird yerlik məktəb, Şıxheybət və Göyəbaxan kəndlərinin hər birində 56 şagird yerlik olmaqla 2 modul tipli yeni məktəb də cari ildə istifadəyə verilmişdir. Hazırda Yuxarı Öysüzlü kəndində Müşfiq Əliyev adına məktəb binası yenidən inşa edilir. Əlimərdanlı, Aşağı Mülkülü və Qaraxanlı təhsil ocaqları əsaslı təmir olunur, Molla Ayrım kəndində isə modul tipli yeni məktəb binası quraşdırılır.
Görüşdə o da vurğulanmışdır ki, bu il respublikanın ali məktəblərinə keçirilən test imtahanlarında 23 nəfər tovuzlu gənc 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmışdır. Ötən ilə nisbətən bu il ali məktəblərə yüksək balla qəbul olunanların sayında 5 nəfər artım olmuşdur. Lakin Tovuzda potensial böyükdür və onun zəngin ənənələri imkan verir ki, daha yüksək göstəricilərə nail olunsun.
Sonra çıxış edənlər builki qəbul imtahanlarında yüksək nəticələrə nail olan məzunları və bütövükdə tələbə adı qazanan bütün tovuzlu gəncləri təbrik etmiş və əmin olmuşlar ki, onların qazandıqları bu uğur davamlı olacaqdır.
Axırda 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!