18 Aprel 2025 08:50
540
DÜNYA
A- A+
Tehranın nüvə proqramı

Tehranın nüvə proqramı


İran-ABŞ danışıqlarının növbəti raundu Romada keçiriləcək


Tehran İranın nüvə proqramı üzrə Vaşinqtonla danışıqların növbəti mərhələsinin bu həftəsonu İtaliyanın paytaxtı Romada keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl İran hakimiyyəti Tehran və Vaşinqton arasında danışıqların növbəti raundunun yenidən Omanda keçiriləcəyinə təkid edirdi.

Tehran gözlənilmədən görüşün yenidən Omanda keçiriləcəyini elan etsə də, İran dövlət televiziyasının yeni xəbərində Omanın İtaliya paytaxtında keçiriləcək danışıqlarda yalnız vasitəçi kimi çıxış edəcəyi bildirilib. Xatırladaq ki, Omanın xarici işlər naziri ötən həftəsonu Maskatda iki tərəf arasında keçirilən görüşdə mediator kimi çıxış edib.

Yarım əsrdir münaqişədə olan İran və ABŞ üçün bu danışıqların əhəmiyyəti  çox böyükdür. ABŞ Prezidenti Donald Tramp dəfələrlə Tehranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə İranın nüvə obyektlərinə hava zərbələri endirəcəklərini bildirib.

İran rəsmiləri silah səviyyəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatlarını saxlamaqla nüvə silahı hazırlamağa davam edəcəkləri barədə getdikcə daha çox xəbərdarlıq edirlər.

Yeri gəlmişkən, çərşənbə günü İran prezidenti Məsud Pezeşkian Tehran üçün əsas danışıqlar aparan vitse-prezidentlərdən birinin istefasını təsdiqləyib. Məhəmməd Cavad Zərif keçənilki prezident seçkilərində Pezeşkianı dəstəkləyib, lakin uzun müddətdir onun dünya gücləri ilə danışıqlarda həddən artıq güzəştə getdiyini iddia edən  teokratların sərt xətt tərəfdarlarının tənqidinə səbəb olub.

İstefa ilə əlaqədar Pezeşkianın ofisinin bəyanatında deyilir: "Prezident vurğulayıb ki, bir neçə məsələyə görə onun administrasiyası artıq Zərifin dəyərli bilik və təcrübəsindən yararlana bilməz".

59 yaşlı Möhsün İsmayıl strateji məsələlər üzrə yeni vitse-prezident təyin edilib. İranın bir neçə vitse-prezidenti var. Möhsün İsmayıl mötədil siyasətçi və hüquq eksperti kimi tanınır.

Bu arada Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Məsud Pezeşkian və digər rəsmilərlə görüş üçün Tehrana gəlib.

Tramp 2018-ci ildə ABŞ-ni birtərəfli qaydada sazişdən çıxardıqdan sonra İran öz proqramındakı bütün məhdudiyyətlərdən imtina edərək uranı 60 faizə qədər zənginləşdirib.

Xatırladaq ki, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb və İran bəzi beynəlxalq sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırmağa razılaşıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar zamanı Vaşinqtona təzyiq göstərməyə cəhd etməməsi barədə xəbərdarlıq edib və bildirib: "Biz mümkün narahatlıqlara cavab olaraq etimadın yaradılması üzərində işləməyə hazırıq, lakin uranın zənginləşdirilməsi prinsipi müzakirə edilə bilməz".

Əraqçinin xəbərdarlığı, çox güman ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun şərhlərinə aiddir. O, bildirib ki, ABŞ İranın uranın zənginləşdirilməsini 3,67 faizdən yüksək olmayan saflıq səviyyəsi ilə məhdudlaşdırmağa və onun hərəkətlərinə nəzarət etmək üçün etibarlı mexanizm tapmağa çalışır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi bununla bağlı  X platformasında yazıb: "İran razılaşması yalnız Trampın razılaşması olduğu təqdirdə tamamlanacaq. İran nüvə zənginləşdirməsi və silah yaratmaq proqramlarını dayandırmalı və ləğv etməlidir".

Uitkoff vurğulayıb ki, dünya üçün ədalətli razılaşmaya nail olmaq çox vacibdir: "Prezident Trampın məndən tələb etdiyi məhz budur". 


Rizvan CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!