10 Dekabr 2024 17:36
557
SİYASƏT
A- A+
Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

Təbrizin “Nasr” və “Asaxəbər” qəzetlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Təbrizdəki baş konsulluğu tərəfindən hazırlanan məqalədə qeyd olunur: “1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə baş verən tənəzzülün qarşısını aldı. Məhz onun sayəsində milli iqtisadiyyatımız sürətli və davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev otuz ildən artıq bir dövrdə xalqımızın rifahı naminə misilsiz xidmətlər göstərib, yenicə müstəqilliyini bərpa edən respublikamızı parçalanmaqdan xilas edib”.

Təbrizli oxucuların diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük və danılmaz xidmətləri var. Dahi siyasətçi müasir və müstəqil Azərbaycan dövlətinin qurucusudur. Belə ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü və ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycanın gələcəyi, xalqının rifahı yolunda atdığı cəsarətli addımlarının tarixi isə hələ sovetlər dönəmindən başlayıb. O, Azərbaycanın istedadlı gənclərini SSRİ-nin nüfuzlu universitetlərində təhsil almağa göndərir, yüksək intellektə malik, qabiliyyətli kadr potensialını formalaşdırdı. Ulu Öndər ölkəmizin tarixində, mədəniyyətin inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır, mənəvi sərvətlərimizə sahib çıxırdı.

Məqalədə Ulu Öndərin əsasını qoyduğu neft strategiyası, “Əsrin müqaviləsi” haqqında məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyev öz şəxsi nüfuzu, uzaqgörən siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycan Respublikası ilə əməkdaşlığa cəlb etdi.

Yazıda bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə uğurla həyata keçirilən irimiqyaslı neft-qaz və infrastruktur layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində imzalanan sazişlər haqqında ətraflı məlumat verilib. “Ulu Öndərin reallaşan arzusu Bakı-Tbilisi-Qars infrastrukturu kimi uzaq məsafələri yaxınlaşdırmağa xidmət etdi. Zaman göstərir ki, İpək Yolunun bərpası ideyasını irəli sürən Heydər Əliyev şəxsiyyətinin rolu təkcə regional yox, həm də qlobal əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Bakının 2024-cü il noyabrın 11-22-də ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İranın rəsmi nümayəndə heyətinin iştirakı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mehriban qonşuluq münasibətlərinin təzahürünün daha bir təsdiqidir”, - deyə məqalədə vurğulanır.

Məqalədə bildirilir ki, Ulu Öndərin ən böyük arzularından biri də Ermənistanın işğal etdiyi torpaqları düşmən tapdağından azad etmək idi. Dahi rəhbər illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Materialda vurğulanır ki, Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə güclənir. Beynəlxalq aləmdə mövqeyimiz daha da möhkəmlənir. İqtisadi gücümüz, rəşadətli ordumuz var. Qarabağın döyünən ürəyi - Şuşa azaddır. Üçrəngli Azərbaycan Bayrağı azad Qarabağımızda qürurla dalğalanır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan “Dəmir yumruq” kimi birləşən xalqı ilə birgə addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu möhtəşəm Zəfər qazanmaqla Ulu Öndərin milli və dövlətçilik arzularını reallığa çevirdi.

Məqalənin sonunda vurğulanır: “Torpağına, yurduna, xalqına candan bağlı olan Ulu Öndər güclü Azərbaycan naminə möhkəm təməl yaratdı, zəngin təcrübəsi, uzaqgörən siyasəti ilə müstəqilliyimizi qorudu və yaşatdı.

Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoyan Heydər Əliyevin xatirəsini bir daha ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş edən Heydər Əliyevin görmək istədiyi müstəqil Azərbaycan ən yeni çağlarını yaşayır. Bu, onun ən böyük arzusu idi. Azərbaycan müstəqildir. Heç kimdən asılı deyil və milli maraqlarını hər zaman uca tutur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!