31 May 2025 17:56
765
CƏMİYYƏT
A- A+
Tbilisidə Mir Cəlal Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı olub  

Tbilisidə Mir Cəlal Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı olub  


Mayın 31-də Tbilisidəki "Expo Georgia" sərgi mərkəzində keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitabın gürcü dilinə tərcüməçisi professor İmir Məmmədli çıxışında kitabın Tbilisidə beynəlxalq festivalda təqdimatını böyük hadisə adlandırıb, Azərbaycan və gürcü xalqları arasında yaxın dostluğun daha bir göstəricisi olduğunu bildirib.

Azərbaycanın mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov (Fikrətoğlu) çıxışında deyib ki, Mir Cəlal Azərbaycan ədəbiyyatının rəmzlərindən biridir. Onun sözlərinə görə, Azərbaycançılıq və milli düşüncənin tərənnüm edildiyi bu əsər Mir Cəlal yaradıcılığının Gürcüstanda yaxından tanıdılmasına imkan verəcək.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək sərginin açılışını və sərgi çərçivəsində görkəmli ədib Mir Cəlal Paşayevin kitabının təqdimatını yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru Lalə Həsənova Mir Cəlal yaradıcılığı barədə ətraflı məlumat verib.

Sonra, Ümum-Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, yazıçı Davit Şemokmedeli, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli çıxış edərək yeni nəşrin iki xalq arasında mədəni əlaqələrin inkişafına xüsusi töhfə verdiyini vurğulayıblar.

Digər çıxış edənlər də Azərbaycanın kitab sərgisində iştirakını, eləcə də görkəmli alim Mir Cəlal Paşayevin əsərinin gürcü dilinə tərcümə olunmasını və burada təqdimatının keçirilməsini ölkələrimiz arasında mədəni əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!