30 Aprel 2023 13:16
654
SİYASƏT
A- A+
Tbilisidə ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilib  

Tbilisidə ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilib  

 

Aprelin 29-da Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin ilk görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş “Cənubi Qafqazda sülh və medianın rolu” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində reallaşıb.

Türkiyənin Beynəlxalq Jurnalistlər Şurasının (BJŞ) təşkilatçılığı ilə keçirilən dəyirmi masada “Regional münaqişələrin həllində kütləvi informasiya vasitələrinin rolu” mövzusu müzakirə olunub.

BJŞ-nin Gürcüstan üzrə təmsilçisi, newsday.ge portalının redaktoru Avtandil Otanaşvili Cənubi Qafqazda gedən proseslərdən danışıb, münaqişələrin həllində KİV-in rolunu qeyd edib.

Sonra BJŞ -nin prezidenti Mehmet Ali Dim çıxış edərək dünyada müharibələrin yaratdığı problemlərdən danışıb. Bildirib ki, bütün müharibələr, münaqişələr və digər problemlərin həllində KİV mühüm rol oynayır. Bu tədbiri keçirməkdə məqsəd, Azərbaycan ilə Ermənistan arasında 40 ilə yaxın müddətdə davam edən münaqişənin həllində KİV-in rolunu artırmaqdır.

Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı münaqişələrin həllində jurnalistlərin rolunu qeyd edib. Dünyada gedən müharibələr zamanı jurnalistlərin də qətlə yetirildiyini, eyni zamanda, Qarabağda AZƏRTAC və AzTV-nin əməkdaşlarının şəhid olduqlarını diqqətə çatdırıb.

Onun təklifi ilə münaqişə bölgələrində həlak olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında Azərbaycanın işğaldan azad olunan Kəlbəcər rayonundan olduğunu vurğulayan E.Eyvazlı deyib ki, işğaldan azad olunmuş kəndinə gedərkən gördükləri onları heyrətə gətirib: “Kəndin adı var evlər yoxdur, qəbiristanlıq var, məzarlar yoxdur, meşə var, ağac yoxdur. Bütün bunlar insanda çox acı təəssüratlar yaradır. Biz jurnalistlər çalışmalıyıq ki, bir daha analar övlad, bacılar qardaş, körpələr ata itirməsinlər",- deyə E.Eyvazlı vurğulayıb.

Ermənistanın “Arminform” agentliyinin direktoru Emmanuel Mkrtçyan azərbaycanlı jurnalistin fikirləri ilə razı olduğunu vurğulayıb və jurnalistlərin bu toplantısının keçirilməsini yüksək qiymətləndirib.

Dəyirmi masada Türkiyənin “Sabah” qəzetinin yazarı Yavuz Donat, “Youtuber” portalının redaktoru Ardan Zentürk, “Haber Global”ın aparıcı redaktoru Benan Kepsutlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyn, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, 24news.ge portalının rəhbəri Azər Məmmədov,

“Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oganezova, apsny.ge portalının direktoru, siyasi icmalçı Qoça Qvaramiya, “Armeninfo” agentliyinin direktoru Emmanuel Mkrtçyan və başqaları çıxış edərək tədbirin həmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu cür tədbirlər Cənubi Qafqazda davamlı sülhə nail olunması istiqamətində mühüm işlərin görülməsinə yardımçı ola bilər.

Jurnalistlərin bu cür dördtərəfli görüşülərinin daha geniş tərkibdə İstanbulda, Bakıda və İrəvanda da keçirilməsinin vacibliyi qeyd edilib.

Toplantının sonunda yekun bəyannamə imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!