01 Noyabr 2023 10:30
445
SİYASƏT
A- A+
Tarixin qanlı səhifələri

Tarixin qanlı səhifələri

 

Azərbaycana siyasi repressiyalar XX əsrdə bolşeviklərin qanlı əlləri ilə gəldi... Bolşeviklər Rusiyada hakimiyyəti necə ələ almışdılarsa, elə də davam edirdilər. Faciələr, qan-qada bitmək bilmirdi. 1920-ci ilin 28 aprelində cümhuriyyət hökumətini süquta uğradaraq Azərbaycanı ələ keçirdikdən sonra bolşeviklər qanlı siyasətlərini burada da həyata keçirməyə başladılar. Müstəqil, demokratik dövlət quran işıqlı simalarımız - Azərbaycan Xalq Cümhuriyyəti qurucuları onların birinci hədəfləri oldu. Beləliklə, hakimiyyətlərinə təhlükə ola biləcəyini düşündüklərini aradan götürməyə başladılar. Bir çoxları 1920-ci illərdə bu səbəbdən həbs olundu, öldürüldü.
İosif Stalin sovet hökumətinin rəhbəri olduqdan sonra repressiyalar sərt şəkildə davam etdirildi. Tədqiqatçıların qənaətincə, Stalinin 1928-ci il iyul ayında keçirilən ÜİK(b)P MK-nin plenumunda formalaşdırdığı "sosializm quruculuğunun sonlanması ilə əlaqədar siniflərarası mübarizənin gücləndirilməsi" konsepsiyası repressiyaların rəsmi ideoloji əsasını təşkil etdi. Həmin dövrdən - 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinədək digər sovet respublikaları kimi Azərbaycanda da repressiya siyasəti həyata keçirildi. 
1920-ci illərdən etibarən əks-inqilabi fəaliyyətdə, casusluqda, antisovet təbliğatı aparmaqda şübhəli bilinənlər, eləcə də, əmlakının milliləşdirilməsinə qarşı çıxanlar həbs olunur, əmək düşərgələrinə göndərilir, yaxud güllələnirdilər. 1930-cu illərin sonlarında bütün SSRİ-də repressiyalar ən yüksək həddə çatdırıldı. Bu, SSRİ Xalq Daxili İşlər Komissarlığı (XDİK) tərəfindən yuxarı idarəetmə orqanlarının təlimatlarına uyğun aparılırdı.
"Böyük təmizləmə" dövrü də adlandırılan həmin illər Azərbaycan üçün çox ağır oldu. Repressiya əmri mərkəzdən - Moskvadan gəlirdi. Ancaq bir həqiqət də vardı ki, respublikanın özündə də bu qanlı siyasətə cani-dildən qulluq edənlər az deyildi. 
1936-cı ilin yazında Bakıda trotskiçi adı ilə humanitar elmlər sahəsində çalışan bir qrup həbs edildi. Həmin ilin sonlarına doğru respublikada vəziyyət daha da ağırlaşdı. XDİK tərəfindən onlarla tanınmış şəxs trotskiçilik, müsavatçılıq, casusluq ittihamları ilə  tutuldu. İlin axırında Mircəfər Bağırov SSRİ-nin rəhbərinə - İosif Stalinə yazdı: "Azərbaycanın bəzi məsul işçiləri bizdə şübhə yaradırlar. Bunlar incəsənət işləri komitəsinin sədri Ruhulla Axundov, Azərbaycanın xalq maarifi komissarı Müseyib Şahbazov və Azərittifaqın sədr müavini Eyyub Xanbudaqovdur. Əks-inqilabçı trotskiçi Mixail Okudjavanın Ruhulla Axundov haqqında verdiyi ifadəyə əsasən, biz XDİK-ə bununla bağlı təhqiqatın aparılması üçün göstəriş vermişik. Xanbudaqov Eyyuba qaldıqda isə burda yoldaş Sarkisovla şəxsi görüşdə müəyyən edildi ki, Xanbudaqov doğrudan da, aktiv trotskiçidir. Bununla bağlı yoldaş Sarkisov arayış məktubu da verib".
1937-ci ilin ilk aylarından repressiya dalğası bütün ölkəni bürüdü. 1937-ci ilin 23 fevral-3 mart tarixlərdə Moskvada keçirilən ÜİK(b)P MK-nin qurultayında İosif Stalin "Partiya işindəki çatışmazlıqlar və trotskiçilərlə ikiüzlülərin aradan qaldırılması barədə" məruzə ilə çıxış etdi.
Həmin ilin martında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin VI qurultayı çağırıldı. Mircəfər Bağırov Moskvada keçirilmiş qurultayda səslənən fikirlər barədə iştirakçılara məlumat verdi. O, ölkədəki cəhalət və savadsızlığa əks-inqilabçıların, trotskiçilərin fəaliyyətininin səbəb olduqlarını bildirdi. Çıxışını sərt şəkildə, hədələrlə yekunlaşdırdı. Martın 21-də Azərbaycan Kommunist Partiyasının (AKP) Bakı komitəsinin iclasındakı çıxışında isə Bağırov diqqətə çatdırdı ki, rəhbər öz işçilərinə cavabdehdir. O bildirdi ki, əgər rəhbər özünü ziyankarlarla, çürük və digər yaramazlarla əhatələyibsə və bütün bunları görmürsə, o rəhbər deyil, o bolşevik deyil, ...bəlkə də düşməndir.
1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvləri seçilən, Aprel işğalından sonra isə ilk hökumətin tərkibinə daxil olan Ruhulla Axundov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, Sultan Məcid Əfəndiyev və başqaları xalq düşməni, əks-inqilabçı, casus kimi təqsirləndirilirdilər. 
1937-ci ildə Azərbaycanda 57 zavod və istehsal müəssisəsinin direktoru, 95 mühəndis, 207 sovet və həmkarlar ittifaqı işçisi, 8 professor həbs edildi. Azərbaycana qara yara kimi düşmüş repressiya siyasətindən uzaq qalan sahə yox idi.
Elə bir dövr gəlmişdi ki, yalnız ölkənin mərkəz şəhərlərində, rayonlarında, qəsəbələrində deyil, ucqar yerlərində də salamat baş saxlamaq çətin idi. Xüsusilə də 1937-ci il iyulun 2-də ÜİK(b)P MK-nin Siyasi Bürosu tərəfindən "antisovet elementləri barədə" P51/94 saylı qərar qəbul olunduqdan sonra... Qərarda vilayət, diyar komitələrinin və respublikaların kommunist partiyalarının mərkəzi komitə katiblərinə müraciət edilərək bildirilirdi: "Müşahidə edilib ki, vaxtilə ölkənin şimal və Sibir rayonlarına sürgün edilmiş keçmiş qolçomaqlar və cinayətkarlar azad olunduqdan sonra öz bölgələrinə qayıdıb bölgələrdəki kolxozlarda, sovxozlarda nəqliyyat və sənayənin digər sahələrində antisovet, diversiya cinayətlərinin əsas təhrik ediciləridilər. ÜİK(b)P MK bütün vilayət, diyar komitələrinin katiblərinə və respublikaların XDİK nümayəndələrinə təklif edir ki, öz doğma bölgələrinə geri qayıdan qolçomaqları və cinayətkarları onlardan ən çox düşmən mövqeyi sərgiləyənləri dərhal həbs edib inzibati qaydada işlərini "üçlük"lərə təqdim edib güllələnmələri üçün qeydiyyata alsınlar. Qalan düşmən mövqedə olub daha az aktivlik göstərənləri isə yenidən qeyd edib XDİK-in göstərişi ilə digər bölgələrə sürgün etsinlər". Beş gün müddətində üçlüklərin heyəti, eləcə də güllələnməli və sürgün edilməli şəxslərin sayı MK-ya təqdim edilsin.
1937-ci il iyulun 3-də ÜİK(b)P MK-nin Siyasi Bürosu bütün vilayət, diyar komitələrinin və respublikaların kommunist partiyalarının mərkəzi komitə katiblərinə teleqramlar göndərdilər. İyulun 9-da Mircəfər Bağırov Moskvaya 4000 nəfərin (1800 qolçomağın, 2200 cinayətkarın) aradan götürülməsinin sanksiyalaşdırılması və onlar haqqında hansı tədbirlərin görülməsi barədə sual şifrəli teleqram yolladı. 
Səhəri gün çıxarılan ÜİK(b)P MK-nin Siyasi Bürosunun üçlüklərin heyətinin müəyyən edilməsi, həmçinin repressiyaya məruz qalacaq şəxslərin say limiti ilə bağlı qətnaməsinin Azərbaycanla bağlı hissəsində qeyd olundu: "...Nəzərdə tutulmuş 500 qolçomağın, 500 cinayətkarın güllələnməsi və 1300 qolçomağın, 1700 cinayətkarın sürgün edilməsi təsdiq edilsin. Əks-inqilabi üsyançı təşkilatların işlərinə, 750 nəfərin sürgün edilməsi, XDİK düşərgələrinə cinayətkar qrupların üzvü olan şəxslərin 150-sinin ailəsinin sürgün edilməsi və 500 nəfərin güllələnməsini tətbiq etməklə üçlüklər tərəfindən baxılmasına icazə verilsin".
1937-ci ildə yalnız üçlük tərəfindən siyasi cinayətlərə görə 2792 nəfər güllələnmə, 4425 nəfər isə uzun müddətli həbs cəzalarına məhkum olundu.
Ən dəhşətli faklardan biri də məhkumlara verilən işgəncələr idi. Xüsusi cəza növləri müəyyənləşdirilmişdi. "Günahlarını" etiraf etmək, digər "günahkarların" adlarını çəkmək üçün onlara insanlığa sığmayan ağır işgəncələr verilirdi. Arxivlərdə bu barədə şahid ifadələri var.
"Xalq düşmənləri"nin ailə üzvlərinə və digər yaxın qohumlarına da eyni aqibəti yaşatdılar. Onlar da həbs edilir, sürgünlərə göndərilir, işgəncələr çəkirdilər...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!