Tarixdə qalan izlər
XIX əsrdə Qafqazın Parisi adlandırılan qədim Şuşada Azərbaycan və dünya xəzinəsinə böyük töhfələr vermiş onlarla, yüzlərlə görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimləri yetişmişdir.
Tarixi faktlar təsdiqləyir ki, həmin yüzillikdə qala şəhərimizdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim, filosof, ilahiyyatçı və digər şəxsiyyətlər yaşayıb yaratmışlar. Bu yazıda Şuşa ziyalılarından üç nəfərin həyat və yaradıcılığına qısaca nəzər salırıq.
Fərhad Məşədi Rahim oğlu Ağazadə 1880-ci ildə Şuşada anadan olmuşdur. Şəhər məktəbini bitirdikdən sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında oxuyub. 1900-1905-ci illərdə Xaldan, Şuşa, Gorus və Gəncədə müəllim işləyib. 1906-cı ildən pedaqoji fəaliyyətini Bakıda davam etdirərək, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışıb. "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olub. Məqalələrində xalqın, millətin zülmətdən nicatını elmdə, təhsildə gördüyünü yazır, gəncliyi maariflənməyə çağırırdı. Dilimizin saflığı və əlifba islahatı uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdən sayılır. "Şərqli" təxəllüslü Fərhad Ağazadə 1931-ci ildə Bakıda vəfat etmişdir. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında "Bakıda neft ticarəti və onun müxtəsər tarixi" adlı türk dilində qələmə alınmış 41 vərəqdən ibarət əsəri saxlanılır. Əlyazmaya müəllifin müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində dərc olunmuş məqalələri də daxil edilmişdir.
Əl-Ğəni Əbülqasim ibn əş-Şuşeyi isə mütəfəkkir, fəqih və qazı kimi məşhur olmuşdur. O, islam elmlərinə vaqif, şəriət qayda-qanunlarını yaxşı mənimsəyən bir şəxsiyyət, ən əsası isə islam fiqhi - hüquqşünaslıq üzrə tanınmış mütəxəssis idi. İlk təhsilini doğulduğu Şuşada aldıqdan sonra İranın İsfahan əyalətinə gedərək Molla Əhməd Nəraqi və digər ayətullahların yanında dini bilgilərini təkmilləşdirmişdir. Alim bir müddət İraqın Nəcəf şəhərində yaşamış, oradakı dünyaşöhrətli müctəhidlərdən ali ilahiyyat elmlərini əxz eləmiş, bu sahədə yüksək məqama yetişmişdir. Təhsilini tamamladıqdan sonra Şərqin ünlü mədrəsələrində qalıb işləmək, digər nüfuzlu və təminatlı məqamlarda çalışmaq təkliflərindən imtina edərək vətənə qayıtmış, gənc nəsillərin təlim-tərbiyəsi, öyrəndiklərinin tədrisi ilə yanaşı, şəriət hakimi kimi də fəaliyyət göstərmişdir. 1864-cü ildə Şuşada vəfat etmişdir. Ərəbcə yazılmış əsərləri var.
Axund Molla Şükrüllah Məhərrəmzadə əl-Qarabaği Azərbaycanın tanınmış din xadimlərindəndir. Onun fenomenal hafizəsi, gözəl nüsxəbəndliyi və xəttatlıq qabiliyyəti vardı. Alim haqqında mənbələrdə geniş məlumata rast gəlinmir. Amma onun XIX əsrin sonlarına qədər Şuşada yaşadığı özünün "Risaleyi-huruf va xutut" adlı əsərindən və başqa müasirlərinin xatirələrindən aydın olur. Nəfis tərtibatlı və nadir əlyazma müxtəlif xətt növlərinin yaranma tarixindən və yazılış qaydasından bəhs edən dəyərli mənbədir. Cildi üzərinə qara-mavi çalarlı kağız yapışdırılmış kartondur. Avtoqraf əlyazma qara mürəkkəblə kalleqrafik hərəkəli nəsx xətti ilə ağ saya vərəqdə türk dilində yazılmışdır.
Qurban MƏMMƏDOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
17 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilmə...
17 May
Milli Məclisin Sədri Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-...
17 May
"Anadolu Ankası - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
17 May
Moskvada "Qelikon-opera"nın səhnəsində "Azərbaycan və Rusiya: dostluğun tərənnümü" adlı konsert olub...
17 May
Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər...
17 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti DND-nin inzibati binası üçün MDF qapıl...
17 May
İranda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb
16 May
Bədii gimnastlarımız Avropa çempionatında iştirak edəcək
16 May
Baş prokuror Düşənbədə işgüzar səfərdədir
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!