09 May 2026 08:27
119
SİYASƏT
A- A+
Tarix yazan Lider

Tarix yazan Lider


Tarixin yaddaşında elə şəxsiyyətlər var ki, onlar yalnız yaşadıqları dövrün siyasi siması deyil, bütöv bir xalqın taleyinə, dövlətin gələcəyinə, millətin özünüdərk prosesinə çevrilirlər. Belə insanlar zamanın fövqünə yüksəlir, milli yaddaşın ayrılmaz parçasına çevrilir və tarixdə yaşayırlar. Azərbaycan xalqının XX əsrdə və müstəqillik tarixində yetişdirdiyi belə nadir və əzəmətli şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.

Ulu Öndər təkcə dövlət başçısı deyildi, eyni zamanda Azərbaycan ideyasının siyasi təcəssümü, dövlətçilik düşüncəsinin memarı, milli özünüdərkin daşıyıcısı idi. Ümummilli Liderin həyatı, fəaliyyəti, mübarizəsi və siyasi irsi Azərbaycan tarixinin bütöv bir mərhələsini təşkil edir. Bəzən bir xalqın yüzilliklər boyu axtardığı lideri tarix ona bir dəfə bəxş edir. Azərbaycan xalqının taleyinə düşən bu böyük tarixi missiya məhz Heydər Əliyevin şəxsiyyətində öz təcəssümünü tapdı. Ulu Öndərin siyasi fəlsəfəsinin əsasını xalqa xidmət təşkil edirdi. "Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm". Bu sözlər sadəcə siyasi bəyanat deyildi, həm də onun həyatının, mübarizəsinin və seçdiyi yolun mənəvi manifesti idi. Çünki Heydər Əliyev hakimiyyəti məqsəd yox, xalqa xidmət vasitəsi hesab edirdi.

Ulu Öndərin siyasi yüksəlişi təkcə Azərbaycan miqyasında deyil, keçmiş sovet məkanında da mühüm hadisə idi. 1969-cu ildə ölkəmizə rəhbər seçilən Heydər Əliyev qısa müddətdə respublikanın iqtisadi, sosial və mədəni həyatında əsaslı dönüş yaratdı - sənayeləşmə sürətləndi, elm və təhsil inkişaf etdi, milli kadr potensialı formalaşdı.

1982-ci ildə Ulu Öndər keçmiş Sovet İttifaqının ali siyasi rəhbərliyinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə irəli çəkildi. Bu, təkcə şəxsi siyasi nailiyyət deyildi, eyni zamanda Azərbaycan xalqının Kremlin siyasi dairələrində daha yaxından tanınması idi. Heydər Əliyev sonralar bu barədə böyük qürurla deyirdi: "Mən Moskvada 10 il yaşadım, işlədim. Azərbaycan xalqını Kreml səviyyəsinə qaldırdım və bununla fəxr edirəm". 

Moskva dövründə onun dünya siyasətinin aparıcı fiqurları ilə təmasları, beynəlxalq diplomatiya sahəsində qazandığı təcrübə sonradan müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında mühüm rol oynadı.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, ölkədə siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması və xarici təhdidlər dövlətçiliyin gələcəyini sual altında qoymuşdu. Məhz belə bir tarixi məqamda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu.

Ümummilli Lider, ilk növbədə, daxili sabitliyi təmin etdi, dövlət institutlarını formalaşdırdı, ordu quruculuğuna başladı. Məhz həmin illərdə ölkəmizin gələcək inkişaf strategiyası müəyyənləşdi.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" müasir Azərbaycan tarixinin mühüm iqtisadi və geosiyasi hadisələrindən biri oldu. Dünyanın aparıcı enerji şirkətləri ilə bağlanan bu müqavilə Azərbaycanın enerji resurslarını dünya bazarına çıxardı və ölkənin iqtisadi müstəqilliyinin təməlini qoydu. Bu müqavilə sadəcə neft sazişi deyildi, Azərbaycanın gələcək siyasi müstəqilliyinin, iqtisadi gücünün və beynəlxalq nüfuzunun təminatı idi. Bu gün ölkəmizin güclü iqtisadiyyatı, regional enerji təhlükəsizliyindəki rolu və dünya bazarlarındakı mövqeyi məhz bu uzaqgörən neft strategiyasının nəticəsidir.

Heydər Əliyev xarici siyasətdə balanslı və milli maraqlara əsaslanan kurs həyata keçirdi. Ulu Öndər ABŞ, Rusiya, Türkiyə, Çin və Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıtdı. Dahi rəhbərin uzaqgörən siyasəti, diplomatik məharəti nəticəsində Azərbaycan regionda söz sahibi olan dövlətə çevrildi. Dünyanın bir sıra siyasi liderləri Heydər Əliyevin siyasi uzaqgörənliyini, güclü dövlətçilik iradəsini və strateji təfəkkürünü yüksək qiymətləndirirdilər. Çünki o, yalnız Azərbaycanın deyil, bütöv regionun siyasi gələcəyini görməyi bacaran lider idi.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini təmin etmək idi. Ulu Öndər yaxşı anlayırdı ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan yalnız güclü iqtisadiyyat və milli ordu ilə deyil, eyni zamanda düşünülmüş, tarazlaşdırılmış və uzaqgörən xarici siyasət vasitəsilə öz mövqeyini möhkəmləndirə bilər. Məhz buna görə Ulu Öndərin formalaşdırdığı xarici siyasət kursu bu gün də Azərbaycanın beynəlxalq uğurlarının əsas sütunlarından biri hesab olunur.

Amerika Birləşmiş Ştatları ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Heydər Əliyevin xarici siyasətində xüsusi yer tuturdu. Ulu Öndər ABŞ-ni təkcə böyük siyasi güc kimi deyil, həm də qabaqcıl texnologiya, demokratiya və iqtisadi inkişaf modeli kimi qiymətləndirərək bildirmişdir: "Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, Qərb demokratiyasını, mədəniyyətini, iqtisadi və siyasi sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir..."

1997-ci ilin iyul-avqust aylarında Heydər Əliyevin Prezident Bill Klintonun dəvəti ilə Amerikaya etdiyi rəsmi səfər Azərbaycan-ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı oldu. 1 avqust 1997-ci ildə Ağ Evdə keçirilən görüş zamanı iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə dair Birgə Bəyanat və investisiyaların qarşılıqlı qorunması haqqında mühüm sənədlər imzalandı. Görüş zamanı ABŞ Prezidenti Bill Klinton Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etmişdi.

Səfər zamanı Heydər Əliyevin Vaşinqton, Nyu York, Hyuston və Çikaqoda keçirdiyi çoxsaylı görüşlər Azərbaycanı dünya enerji və geosiyasi xəritəsində etibarlı tərəfdaş kimi təqdim etdi. Ağ Evdə neft müqavilələrinin imzalanması isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisinə çevrildi. Bu gün də Azərbaycan-ABŞ münasibətlərinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt dayanır.

Ulu Öndər Heydər Əliyevin xarici siyasətində qardaş Türkiyə ilə münasibətlər xüsusi və müqəddəs məna daşıyırdı. Onun tarixə çevrilmiş "Bir millət, iki dövlət" ifadəsi təkcə diplomatik tezis deyildi, ortaq tarixə, dilə, mədəniyyətə, qardaşlığa söykənən siyasi manifest idi.

Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Enerji layihələri, xüsusən Bakı-Tbilisi-Ceyhan marşrutu, regional təhlükəsizlik və siyasi əməkdaşlıq iki qardaş ölkəni beynəlxalq platformalarda bir-birinə daha da yaxınlaşdırdı. Sözsüz ki, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni geosiyasi əməkdaşlıq platformasının ideoloji və siyasi əsasları da məhz Ulu Öndərin dövründə qoyulmuşdu. Orta Asiya türk respublikaları ilə münasibətlərin sistemli şəkildə qurulması, ortaq türk dünyası ideyasının siyasi məzmun qazanması da Heydər Əliyevin strateji baxışının nəticəsi idi.

Pakistan İslam Respublikası ilə münasibətlər də Heydər Əliyevin xarici siyasətinin uğurlu istiqamətlərindən idi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqq mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrdən oldu. Ulu Öndər bu münasibətləri təkcə siyasi deyil, həm də mənəvi və strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu gün Bakı-İslamabad xəttində mövcud olan yüksək etimad, müdafiə və iqtisadi əməkdaşlıq məhz onun qoyduğu siyasi bünövrənin davamıdır.

Çin Xalq Respublikası ilə münasibətlərin inkişafı Heydər Əliyevin uzaqgörən xarici siyasətinin mühüm tərkib hissəsi idi. Ümummilli Liderin Çinə rəsmi səfəri zamanı iqtisadi əməkdaşlıq, investisiyalar, sənaye və ticarət sahələrində bir sıra mühüm sənədlər imzalanmışdı. Bu, Azərbaycanın Asiya bazarlarına inteqrasiyası və yeni iqtisadi tərəfdaşlıqlar qurması baxımından mühüm addım idi. Bu gün Azərbaycanın Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilməsi, Orta dəhlizdə artan rolu Ulu Öndərin illər öncə müəyyən etdiyi strateji xəttin uğurlu nəticəsidir.

Beləliklə, Azərbaycanın ABŞ ilə strateji dialoq aparması, Türkiyə ilə sarsılmaz müttəfiqliyi, Pakistanla qardaşlıq münasibətləri, Çinlə genişlənən iqtisadi əməkdaşlığı və türk dünyasında aparıcı mövqeyə sahib olması təsadüfi deyil. Bunların hər biri Ulu Öndər Heydər Əliyevin siyasi dühasının, diplomatik məharətinin və gələcəyi görən dövlətçilik düşüncəsinin canlı təzahürüdür. Qürurla deyə bilərik ki, bu gün qalib və suveren Azərbaycan, əslində, Ulu Öndərin dünya siyasətində ölkəmiz üçün açdığı yolun davamıdır.

İftixarla deyə bilərik ki, Azərbaycan qalib, suveren, azad və güclü dövlətdir. Güclü orduya, sabit iqtisadiyyata, müstəqil xarici siyasətə və beynəlxalq nüfuza sahib olan müasir Azərbaycan, əslində, Heydər Əliyevin qurduğu dövlətçilik məktəbinin nəticəsidir. Ümumiyyətlə, Azərbaycan regionun lider dövlətidir. Onun sözü beynəlxalq tribunlarda eşidilir, maraqları nəzərə alınır, mövqeyi qəbul edilir. Bütün bunların arxasında illər öncə uzaqgörənliklə müəyyən edilmiş siyasi kurs dayanır.

Dahi liderin ideyaları, siyasi irsi, dövlətçilik fəlsəfəsi yaşayır və yaşayacaq. Azərbaycanın bugünkü qüdrəti, zəfəri, suverenliyi və gələcəyə inamla addımlaması Ulu Öndərin arzularının gerçəkləşməsi, onun əbədiyaşarlığının ən parlaq təcəssümüdür. Çünki dahilər tarix yazmaqla bərabər, özləri də tarixə çevrilirlər. Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

08:30
09 May

Tarix yazan Lider

08:27
09 May

Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

08:25
09 May

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

08:20
09 May

Xilaskarlığın Naxçıvandan başlanan missiyası 

08:15
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!