Tanınmış yapon alimi Akio Kanainin rəhbərlik etdiyi optometrist mütəxəssislərdən ibarət heyət İmişlidə qaçqın və məcburi köçkünləri müayinədən keçirmişdir
Aprelin 22-də tanınmış yapon alimi və "Fuci Optikal" özəl şirkətinin rəhbəri Doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda keçirdiyi növbəti humanitar aksiya çərçivəsində İmişli rayonuna gəlmişdir.
AzərTAc xəbər verir ki, yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir.
Humanitar aksiya çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə gün ərzində 400-dən çox məcburi köçkün göz müayinəsindən keçirilmiş və onlara eynəklər paylanılmışdır.
Müayinədən keçmiş məcburi köçkünlər onların sağlamlığına göstərdikləri qayğıya görə doktor Akio Kanaiyə və "Fuci Optika" şirkətinin üzvlərinə təşəkkür etmişlər.
Birləşmiş Millətlərin ixtisaslaşmış qurumlarından biri olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyadakı qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini yerinə yetirir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin salınmış çoxlu sayda məcburi köçkünə, eyni zamanda, digər ölkələrdən olan minlərlə qaçqına və sığınacaq axtaran şəxsə yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!