Tanınmış yapon alimi Akio Kanainin başçılığı ilə optometrist mütəxəssislərdən ibarət heyət Füzuli rayonunda məcburi köçkünləri müayinə etmişdir
Tanınmış yapon alimi, "Fuci Optikal" özəl şirkətinin rəhbəri, doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda növbəti humanitar aksiyanı davam etdirir. AzərTAc xəbər verir ki, aksiya çərçivəsində aprelin 26-da Füzuli rayonunun "Qayıdış-3" qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün göz müayinələri həyata keçirilmişdir. Humanitar aksiya zamanı 285 nəfər məcburi köçkün müayinə olunmuş və onlara eynəklər paylanılmışdır.
Məcburi köçkünlər xeyriyyə aksiyasını rəğbətlə qarşılamış, sağlamlıqlarına göstərdikləri qayğıya görə doktor Akio Kanaiyə və "Fuci Optika" şirkətinin mütəxəssislərinə təşəkkür etmişlər. Humanitar aksiya aprelin 28-də Bakı şəhərində qaçqın qadın və gənclər mərkəzində davam etdiriləcəkdir.
Yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Birləşmiş Millətlərin ixtisaslaşmış qurumlarından biri olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyadakı qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini yerinə yetirir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş məcburi köçkünlərə, eyni zamanda, digər ölkələrdən olan minlərlə qaçqına və sığınacaq axtaran şəxsə yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!