03 Oktyabr 2024 09:15
11741
Oxucu məktubları
A- A+
Susuzluqdan əziyyət çəkirik

Susuzluqdan əziyyət çəkirik


Hörmətli redaksiya! 

Bizim kəndin 5000 nəfərdən çox əhalisi, 4000 hektar torpaq sahəsi vardır. Əvvəlki illər kənd su ilə normal təmin olunub. Pay torpaqlarımızı əkib-becərərək yaşayırdıq. Son iki ildir ki, əziyyət çəkirik. Həyətimizdə olan ağaclarımız susuzluqdan quruyub məhv olur, əkinlərimiz su dərdindən məhsul vermir. Hətta yüzlərlə ailə içməli suyu 40-50 manata maşınla gətizdirir. 

14 kilometr məsafədən gələn kanal Qazyan və Bağman kəndlərinin ərazisindən keçərək bizəcən gəlib çıxır. Amma Ucar Suvarma Sistemləri İdarəsinin məsuliyyətsizliyi üzündən bizim kəndə suyun gəlməsi olduqca çətinləşib. 

Sizdən artıq dərəcədə xahiş edirik, susuzluqdan cana doymuş sakinlərin vəziyyətini qəzetiniz vasitəsilə işıqlandırasınız. Bəlkə işini bacarmayan yerli məmurlar barədə bir tədbir görülə. Qabaqcadan minnətdarlığımızı bildiririk.  


Ucar rayonunun Yuxarı Şilyan kəndinin yüzlərlə sakini adından 

Yemilxan Əhməd oğlu Əhmədov

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!