22 Dekabr 2021 00:44
3307
Mədəniyyət
A- A+
Şuşanın musiqi məclisləri

Şuşanın musiqi məclisləri

 

Şuşa əzəldən Azərbaycanın musiqi beşiyi, iri mədəniyyət mərkəzlərindən biri sayılıb. Hələ XIX əsrin ikinci yarısında Bakı, Şamaxı kimi Şuşada da muğam məclisləri təşkil olunub. Musiqi məclisləri əsl sənətkarlıq məktəbinə çevrilməklə yanaşı, bu sahənin inkişafında əvəzsiz xidmətlər göstərib. Bu məclislərin əks-sədası nəinki böyük şəhərlərdə, əyalətlərdə, hətta kəndlərdə eşidilib, musiqisevərlər tərəfindən muğam məclisləri təşkil edilib.

Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində Şuşanın qədim musiqi məktəbləri də mühüm rol oynayıb. Onlardan biri XIX əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat Qulunun məktəbinə səsi olan gənclər götürülüb, musiqi məclisləri təşkil olunub, iştirakçılara dini mərasimlərin, xüsusilə məhərrəmlik təziyyəsinin keçirilməsi üçün şəbih rollarında oynamaq, eləcə də Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilib. Məktəb dinə xidmət etmək məqsədilə açılıb. Ancaq zaman keçdikcə sırf musiqi məclislərinə çevrilib. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbacı Zülalov, Sadıqcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu kimi bir çox ustad sənətkarların yetişməsində Xarrat Qulunun məktəbi böyük rol oynayıb.

XIX əsrin sonlarında Şuşada  fəaliyyət göstərmiş bir başqa dini xarakterli musiqi məktəbi isə Kor Xəlifənin məktəbi (1883-1893) olub. Məktəb Qarabağ  əhalisinin mədəni inkişafına böyük təsir göstərib, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə  çevrilməsində mühüm əhəmiyyəti olub.

Bu təhsil ocağı şəhərdə  xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılıb. “Kor Xəlifə” onun ləqəbi idi. Kor Xəlifənin məktəbində dini elmlər geniş tədris olunub. Amma burada Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilib, əhali arasında klassik musiqi geniş təbliğ edilib, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişdirilib. Kor Xəlifənin məktəbində tez-tez təşkil edilən poeziya və muğam müsabiqələrində istedadlı gənclər üzə çıxarılıb. Həvəsləndirmək üçün onlar mükafatlandırılıb. Kor Xəlifənin məktəbi onillik fəaliyyəti ərzində yalnız Qarabağda deyil, qonşu vilayətlərdə və İranda da tanınıb.

XIX yüzilliyin axırlarında, məşhur musiqi xadimi  Xarrat Qulu dünyasını dəyişəndən sonra (1883) böyük muğam ustası Hacı Hüsünün yaxından iştirakı  ilə musiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği Şuşada musiqi məclisi təşkil edib. Bəzən “Xanəndələr  məclisi” adlanan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək olub. Gənc istedadların üzə çıxarılması üçün məclisdə mütəmadi olaraq muğam müsabiqələri, musiqi yarışları təşkil edilib. Məclisin yetirmələri arasında Keçəçi oğlu Məhəmməd, Məşədi İsi, Keştezan Haşım, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev kimi məşhur sənətkarlar olub.

XIX əsrin sonlarında Şuşada Molla  İbrahimin  məktəbi məşhur olub. Molla İbrahimin yaratdığı bu musiqi məktəbi özündən əvvəl fəaliyyət göstərən musiqi  məktəbləri kimi dini xarakteri daşıyıb. Yalnız məlahətli, gözəl səsli, poeziyaya xüsusi həvəsli istedadlı  gənclərin seçilib götürüldüyü bu təhsil ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb dilləri, dini mərasimlər öyrədilib. Həmçinin Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və başqa Şərq şairlərinin qəzəlləri tədris olunub. Məktəbdə Qarabağın bir sıra musiqi  xadimləri, xanəndələri, eləcə də Bülbül, Mehralı oğlu Bahadır və digər sənətkarlar musiqi təhsili alıblar. Molla  İbrahimin  məktəbi  təxminən 1920-ci illərədək fəaliyyət göstərib.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

Tramp: İran razılaşma əldə etmək istəyir

22:57
06 Aprel

“Artemis II” missiyası “Apollo 13”ün rekordunu təzələyib

22:47
06 Aprel

Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

22:11
06 Aprel

Premyer Liqa: “Qarabağ”dan darmadağın

22:02
06 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

21:53
06 Aprel

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

21:36
06 Aprel

ADA Universitetində Karyera Hazırlığı Həftəsinə başlanılıb  

21:35
06 Aprel

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

21:12
06 Aprel

Kuba 2 mindən çox məhbusu azad edir

21:03
06 Aprel

Roma Papası dünyanı sülhə çağırdı

20:53
06 Aprel

Gia Abaşidze: Yüksəksəviyyəli görüşlər ortaq maraqlarımızın sürətli inkişafına stimul verir  

20:47
06 Aprel

İnsan beyni zamanı necə qavrayır?

20:44
06 Aprel

“SOCAR Polymer” ilin ilk iki ayında ixrac gəlirlərini 41,7 faiz artırdı  

20:43
06 Aprel

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi yanvar-fevralda 1,8 milyard dollar oldu

20:31
06 Aprel

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

20:30
06 Aprel

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb  

20:27
06 Aprel

Macarıstan qaz kəmərinə qarşı təxribat iddiasını araşdırır

20:26
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!