26 Dekabr 2021 00:57
5406
Mədəniyyət
A- A+
Şuşanın məşhur məhəllələri

Şuşanın məşhur məhəllələri

 

Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Qalanın salınması tarixi 1750-1751-ci illərdən hesablanır. Şəhər bir müddət Pənahəli xanın şərəfinə Pənahabad, sonradan isə Şuşa qalası və Şuşa adlandırılıb.

Yadellilərin hərisliklə göz dikdiyi Şuşa həm də çoxməhəlləliyi ilə məşhur olub. Bu qala-şəhər 17 məşhur məhəlləsi ilə tanınıb.

Şəhərin XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri Seyidlidir. Cabbar Qaryağdıoğlunun evi də bu məhəllədə yerləşir. Şəhərdəki bütün məhəllələrin özünün ayrıca məscidi, hamamı, kiçik meydanı və bulağı olub, Seyidlidə də həmçinin.  Culfalar isə şəhərin aşağı məhəllələrindən biridir. Bəzi mənbələrdə adı Cuhudlar kimi qeyd olunub. Aşağı məhəllələrdən biri də Quyuluqdur. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılıb.

Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllələrdən birinin adı Çuxurdur.  Hacı Quluların mülkü, Bülbülün Şuşadakı ev-muzeyi bu məhəllədə yerləşir. Dördçinar da Şuşanın aşağı məhəllələrindən hesab olunur. Lakin bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri haqqında məlumat yoxdur. Deyirlər ki, Dördçinar çox kiçik olub, yəni məhəllə bir neçə evdən ibarət imiş. Ona görə də  zaman-zaman Təzə məhəlləyə birləşib.

Dördlər qurdu ilə Hacı Yusifli Şuşanın aşağı hissəsindəki məhəllələrdən sayılır. Şəhərin şərq hissəsində yerləşir. Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidələri olan 90 faizdən çox tikililəri məhv edilib. Hacı Yusifli  məhəlləsi isə məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adını daşıyır.  Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.

Qala divarlarına ən yaxın ərazidə Xurşidbanu Natəvanın sarayı, Əsəd bəy Cavanşirin saray kompleksi, Xan Şuşinskinin evi, Üzeyir bəy Hacıbəylinin ata mülkü yerləşib. Çöl qala, Qarabağın ən ünlü soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanın sarayı, ictimai xadim Əhməd bəy Ağaoğlunun atasının mülkü yerləşən Qurdlar və Saatlı məhəllələrindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif  Saatlı məhəlləsində yaşamış, mədrəsədə dərs demişdi.

Köçərli  Şuşanın yuxarı məhəllələrindən biridir. Firudin bəy Köçərlinin nəslinin adı ilə bağlıdır. Firudin bəyin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babası Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçüb, burada yurd-yuva salıb, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranıb.

Şuşanın həmçinin Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələrindən də Azərbaycan xalqının dünyaya bəxş etdiyi ictimai və dövlət xadimləri, eləcə də ədəbi simalar az olmayıb.  Merdinlinin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı, eləcə də Yağlıvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının camaatından ibarət olub. Merdinli məhəlləsindən də bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şirin su hamamı da bu məhəllədədir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!