Şuşada sonuncu plenar sessiya
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın dördüncü və sonuncu plenar sessiyada “Yerli və regional icmalarda dayanıqlı həyat tərzinin dəstəklənməsi ilə ekosistemlərin qorunması” mövzusunda müzakirələr aparılıb. Plenar sessiyada spikerlər - İslam dünyası təhsil, elm və mədəniyyət təşkilatının (ICESCO) “Dayanıqlı və ağıllı şəhərlər” layihəsinin koordinatoru Fuad El Ayni, BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının mərkəzi Asiya üzrə subregional ofisinin eksperti Kaan Evren Basaran, Biomüxtəliflik, qorunan ərazilər, vəhşi təbiətin mühafizəsi və digər ekoloji problemlər üzrə ekspert Hartmurt Müller, Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası elm-siyasəti platformasının (BEXHP/ IPBES) nümayəndəsi Rövşən Abbasov çıxış ediblər.
Konfransda çıxış edənlər bildiriblər ki, “Ağıllı şəhər” konsepsiyası modern dünyada mühüm əhəmiyyətə malikdir və bu kimi şəhərlərin yaradılması, inkişafı insanların yaşam şəraitinə müsbət təsir göstərəcək. Eyni zamanda bununla bağlı müxtəlif təlimlər keçirilməlidir.
Diqqətə çatdırılıb ki, dünyada baş verən iqlim dəyişikliyinin aclıq və digər resursların məhdudlaşmasına səbəb olur. Qarabağda ətraf mühitin yaşıllığı, havanın təmizliyi insanda pozitivlik yaradır və bu regionun yaşıllığı ətraf mühitə öz təsirini göstərir. Azərbaycanın gözəl, mükəmməl ərazi sistemi var. “Ağıllı kənd” layihəsinin həm ekosistem üçün, həm də modern texnologiyalardan istifadə üçün gözəl plan olduğu bildirilib.
Panelin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bağlanış mərasimi keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin xarici işlər naziri: Azərbaycan 44 günlük Vətən müharibəsində türkün gücünü bütün dünyaya...
27 Iyun
Prezident: Təbii şəraitin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layih...
27 Iyun
Prezident İlham Əliyev: 1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu Gününü qürurla qey...
27 Iyun
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB ...
27 Iyun
Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi im...
27 Iyun
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...
27 Iyun
Prezident İlham Əliyev: Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi ...
27 Iyun
Prezident İlham Əliyev Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi...
27 Iyun
Prezident İlham Əliyev: Ermənistan da postmüharibə reallığını qəbul etməlidir
27 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!