26 Aprel 2024 18:50
224
CƏMİYYƏT
A- A+

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

 

Dövlət qurumları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və sair məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

S.Babayev və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan şəhər sakini, şəhid atası, əlilliyi olan şəxs Əliyev Nazim Rza oğlu və Babək rayon sakini Eynalova İlahə Elman qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

N.Əliyev “Plastik qapı-pəncərə”, İ.Eynalova isə “Qadın gözəllik salonu” istiqaməti üzrə aktivlərlə təmin olunaraq təsərrüfatlarını qurublar. Onlar işsiz şəxslərin məşğulluğunun təminatı, habelə onların kiçik bizneslərini qurmaq üçün dəstək göstərilməsi sahəsində aparılan işlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Yaradılan imkandan səmərəli şəkildə faydalanaraq öz təsərrüfat sahələrini inkişaf etdirmək üçün çalışdıqlarını vurğulayıblar.

Aktiv məşğulluq proqramlarından biri olan, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramı Naxçıvan Muxtar Respublikasında uğurla icra olunur. Bu ilin ötən dövründə muxtar respublikada daha 400-ə yaxın şəxs həmin proqram çərçivəsində aktivlərlə təmin edilərək öz təsərrüfatlarını yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video