Şuşada qədim memarlıq abidələrinin bərpası diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə məruz qalmış dini, tarixi və yerli memarlıq abidəsi hesab edilən binaların bərpası və yenidən qurulmasına xüsusi önəm verirlər.
Qarabağda, ümumiyyətlə, işğaldan azad edilmiş bölgələrdə tikinti, quruculuq və bərpa işləri gündən-günə yeni vüsət alır. Bütün bu işlər dövlət başçısının şəxsi nəzarətində olduğundan bu yerlərə tez-tez səfər edir, görülən işlərlə yaxından tanış olur, tapşırıq və tövsiyələrini verir.
Belə növbəti səfərlərdən biri bu il sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü - Anım günü reallaşdı. Həmin gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonu və Şuşa şəhərinə səfər etdilər. Xatırladaq ki, 29 il işğal altında olan və iki il əvvəl düşməndən azad edilən Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, "Qafqazın konservatoriyası" adlandırılmışdır. Şəhərin ərazisi qədim abidələrlə zəngin olmuşdur. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa düşmən tərəfindən işğal ediləndən sonra şəhərdə tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. İşğalın davam etdiyi 29 il ərzində burada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr,
3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.
Şuşa işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu şəhərə səfər etmiş və şəhərin bərpası ilə maraqlanmışlar. Dövlət başçısı Şuşaya səfərləri zamanı bu unikal məkanın tezliklə bərpa ediləcəyini bildirmisdir: "Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz".
İşğal zamanı dağıdılmış və məhv edilmiş müqəddəs ünvanlardan biri də Yuxarı Gövhər ağa məscidi olmuşdur. Erməni vandalları tərəfindən məscidin interyeri məhv edilmiş, minarələrinin dekoru zədələnmiş, örtükləri dağıdılmışdır. Qəbul edilmiş layihələrə əsasən, Heydər Əliyev Fondunun rəhbərliyi və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə məsciddə ötən ilin noyabr ayından bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Şuşada olarkən məscidi ziyarət etmiş və görülən işlərlə yaxından tanış olmuşlar.
Məsciddə birinci mərhələdə nəzərdə tutulan bərpa işləri başa çatdırılıb, ikinci mərhələdə işlər keyfiyyətlə davam etdirilir. Məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məsciddə konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və "Paşa Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması davam etdirilir. Usta və sənətkarlar bərpa işlərini 2023-cü ilin sonunadək yekunlaşdırmağı nəzərdə tuturlar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Xatırladaq ki, malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus olmuş kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Malikanə kompleksi, ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işlərinə 2021-ci ilin oktyabrından başlanılıb. İndiyədək evin və məscidin dam örtükləri orijinala uyğun quraşdırılıb, tavanlar bərpa olunub və rənglənib, qapı və pəncərələr qoyulub. Dağılmış divar bərpa edilib, zədəli divarda bərkitmə işləri aparılıb. Eyvanların və dirəklərin taxta konstruksiyalarının çürümüş hissələri düzəldilib. Evin çöl pilləkəni yenidən qurulub, döşəmə daşlarının dağılmış hissələri tamamlanıb. Hazırda eskiz layihələri əsasında divar və tavanlarda rəsmlərin bərpası işləri görülür. Bunlar ailə məscidinin uçmuş günbəzlərini, damını, mehrabı və "Güldəstə"sini də əhatə edir.
Bərpa işləri ilə tanışlıq zamanı Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyası quraşdırılacaq. 2023-cü ilin sonlarında təmir-bərpa işlərinin başa çatdırılması nəzərdə tutulan bu malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir, bərpa və quruculuq işləri sırasında Şuşa şəhərində XIX əsrin sonlarında Qarabağ memarlıq məktəbinə xas olan üslubda inşa edilən binada görülən işlərlə də tanış olublar. İşğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmış üç yaşayış kompleksini özündə birləşdirən bu tikilidə binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər sökülüb. Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb. Təmirdən sonra binadan hotel kimi istifadə ediləcəyi nəzərdə tutulub. Hotelin interyeri autentik üslubda olacaq.
Görünən odur ki, yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.
Rəhman SALMANLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!