18 Dekabr 2022 02:32
1555
Mədəniyyət
A- A+
Şuşa dünyanın ən heyrətamiz bəstəsidir

Şuşa dünyanın ən heyrətamiz bəstəsidir

 

Şuşa Qarabağın tacı, mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq tariximizin qanla yazıldığı müqəddəs məkandır. Şuşa qəhrəman oğullarımızın ucaltdıqları vətən sevgisi haqqında ən möhtəşəm abidədir. 
44 günlük Vətən müharibəsi haqqında rusiyalı hərbi ekspert Aleksey Arestoviç Şuşada gedən döyüşlərdən bəhs edərək yazırdı: "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhəri aldılar. Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."  Şuşa Azərbaycan gəncliyinin vətən sevgisinin ünvanıdır. Qələbəmizin rəmzidir.
Təməli  Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Mədəniyyətimizin paytaxtı, musiqimizin beşiyi Şuşa Azərbaycan elminin inkişafında da müstəsna xidməti olan şəhərdir. Azərbaycan elminin müxtəlif sahələrində nailiyyətləri ilə tanınan 35 akademik, 150-dən çox elmlər doktoru  bu şəhərdə doğulub boya-başa çatıb.
Ermənistan ordusu 1992-ci ildə Şuşanı işğal etdikdən sonra şəhərə ciddi ziyan vurub, xüsusilə tarixi abidələrimizi məhv edib. Görkəmli tarixi şəxsiyyətlərin yaşadıqları binaları, tarixi mədəni irsimizi dağıdıblar. Şuşanın 28 illik işğalı zamanı əksər yaşayış binalarını söküb yararsız vəziyyətə gətiriblər. Baxımsızlıqdan Şuşanın yolları bərbad vəziyyətə düşüb. Bu müddətdə Şuşada imkanlı ermənilər vur-tut cəmi 3 bina inşa ediblər. Binaların həyətlərindəki hovuzlardan, ümumi mənzərədən məlum olur ki, bu binalar da hansısa oliqarxa aid tikililərdir.
İşğaldan azad olunduqdan dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün Şuşada idarəetməyə də böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır.
Azərbaycanın  mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə  Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
Cıdır düzündə "Xarıbülbül" Musiqi Festivalının, muğam müsabiqəsinin və Vaqif Poeziya Günlərinin keçirilməsi, əslində, Şuşanın şəhər olaraq xarakterinin dünyaya təqdimatı idi. Şuşanın sülh, qardaşlıq şəhəri olduğunu bütün dünya gördü. Şuşa hər gün addım-addım öz xoşbəxt, musiqili həyatına qayıdır.
Şuşa bizim musiqi beşiyimizdir. Şuşanın dağında, daşında, ürəklərə sərinlik gətirən şırıl-şırıl axan buz bulaqlarında  analarımızın laylasının səsi var. Bu şəhər dünyanın təkrarsız musiqi səsidir... Dostluğun, qardaşlığın simvoludur. Mədəniyyətimizin paytaxtı Şuşa bu gün həm də Qarabağda gedən quruculuğun, abadlığın simvoluna çevrilib. Şuşa bu gün həm də dövlətlərarası siyasi-diplomatik danışıqların, elmi konfransların, ictimai siyasi tədbirlərin mərkəzinə çevrilib. Bütün bunlar igidlərimizin canını verərək aldıqları qala şəhərinə olan sevgimizin ifadəsidir. Qələbəmizin simvolu olan Şuşanın gözəlləşən, dəyişən gülümsər siması düşmənə gözdağıdır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!