10 İyul 2025 08:10
768
SİYASƏT
A- A+
Sürətli inkişafı və güclü sosial rifahı təmin edən siyasət

Sürətli inkişafı və güclü sosial rifahı təmin edən siyasət


Azərbaycanın yüksəlişinin əsas xarakterik göstəricilərindən biri regionların sürətli inkişafıdır. Cənab Prezident İlham Əliyevin  diqqət və qayğısının, təsdiq etdiyi dövlət proqramlarının icrası nəticəsində ötən 20 ildən artıq dövrdə respublikamızın regionlarının iqtisadi potensialı hərəkətə gətirilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Tarazlı inkişaf, çoxsaylı yeni istehsal müəssisələrinin, müasir nəqliyyat və sosial infrastrukturların yaradılması, əhalinin məşğulluğu üçün imkanların təmin olunması bu dövrün əsas inkişaf reallıqlarıdır.

Olduqca qürurvericidir ki, bu gün Azərbaycanın hansı rayonuna, hansı şəhərinə və hansı kəndinə getsək inkişafın şahidi oluruq. Milli Məclisdə təmsil etdiyim Quba, Xızı və Siyəzən rayonları da inkişaf nümunələri ilə zəngindir. Prezident İlham Əliyevin hər səfəri bu rayonların tarixində dərin iz buraxıb, onların inkişafına, o cümlədən turizm potensialının hərəkətə gətirilməsinə təkan verib. Bu gün də ölkəmizin hər bir bölgəsində olduğu kimi, bu ərazilərdə də genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən bu yaxınlarda imzalanmış sərəncama əsasən, Quba rayonundakı Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrılmışdır. Bu yol ümumilikdə 12 yaşayış məntəqəsini əhatə edir və 7 minədək əhalinin həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Böyük məmnunluqla qeyd etməliyik ki, bu, təkcə bir yolun çəkilməsi deyil -  dövlətin bölgələrə, insanlara, rifaha və gələcəyə verdiyi önəmin bir təzahürüdür. Bu cür layihələr sübut edir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf kursu balanslı və dayanıqlı, sosial dövlət modelinə uygun şəkildə davam edir.

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın Xızı rayonuna səfəri bu bölgəyə olan diqqət və qayğının bariz nümunəsidir. Onlar müxtəlif sosial layihələrin icrasına təşəbbüs etməklə yanaşı, yerli sakinlərlə də səmimi görüşlər keçirmiş, insanların problemləri və ehtiyacları ilə birbaşa maraqlanmışlar.

Səfər çərçivəsində Altıağac Milli Parkında yerləşən Vəhşi Heyvanların Reabilitasiya Mərkəzində  vəhşi quşların təbiətə qaytarılması prosesi icra olunmuşdur. Bu tədbir təkcə ekologiyaya deyil, gələcək nəsillərin ana təbiətə olan münasibətinə verilən töhfə kimi də dəyərləndirilməlidir.

Bundan əlavə, hörmətli Leyla xanım və Arzu xanım Xızı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin açılışında iştirak ediblər. Giləzi qəsəbəsində 100-ə yaxın məktəbli ilə görüşərək, onlara futbol topları və idman geyimləri hədiyyəsini çatdırıb, şagirdlərin təhsil və idman nailiyyətləri ilə maraqlanıblar.

Onların təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Xızı rayonunda əhalinin sağlamlığının qorunması məqsədilə səyyar tibbi xidmətlərə start verilib. Bu çərçivədə Xızı Rayon Mərkəzi Xəstəxanasına yeni verilmiş tam təchizatlı təcili yardım avtomobilləri ilə Altıağac, Baxışlı, Giləzi və Ağdərə kəndlərində tibbi müayinələr həyata keçirilir. Avtomobillər kardiomonitor, defibrilyator, mobil USM, rəqəmsal rentgen kimi müasir avadanlıqlarla təmin olunub. Bu xidmətlər vətəndaşlara yerində tibbi yardım göstərilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə byöük töhfə verir.

Leyla Əliyevanın və Arzu Əliyevanın səfəri zamanı şəhid ailələri, ahıllar və aztəminatlı ailələrlə keçirilən görüşlər isə dövlətimizin sosial siyasətində insan amilinin nə qədər öndə tutulduğunu bir daha sübut edir. Bu fəaliyyətlər - dövlət və cəmiyyət arasında körpü rolunu oynayan insani dəyər nümunəsidir.

Onu da əlavə etmək istərdim ki, Quba, Xızı və Siyəzəndə yerli hakimiyyət orqanları öz vəzifələrini və məsuliyyətlərini düzgün qiymətləndirirlər.  Daxili imkanlar hesabına abadlıq və quruculuq işlərinin aparılması, yolların təmir olunması seçicilər tərəfindən yüksək qiymətləndirilir. 

Olduqca mühüm vəzifələrin yerinə yetirildiyi, o cümlədən Qarabag və Şərqi Zəngəzurun sürətli bərpa və quruculuğunun həyata keçirildiyi bir zamanda bütün bölgələrdə yaşayan vətəndaşlara göstərdiyi yüksək diqqət və qaygıya görə seçicilərimiz Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. 


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

 Beyin sağlamlığını qorumağın sadə və effektiv üsulu 

15:22
21 Sentyabr

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

15:17
21 Sentyabr

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15:09
21 Sentyabr

Yaponiya əhalisinin 29 faizdən çoxunu 65 yaş və yuxarı şəxslər təşkil edir  

15:06
21 Sentyabr

PAŞA Sığorta və Premium Residence Sea Breeze arasında memorandum imzalanıb  

15:05
21 Sentyabr

Yerin formasında qeyri-adi dəyişikliklər aşkar edilib  

14:51
21 Sentyabr

Yaponiyada robotlar üçün xüsusi təcili yardım maşını hazırlanıb  

14:19
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!