18 İyun 2025 16:34
425
DÜNYA
A- A+
Süni zəka sayəsində rəsm əsəri 4 saata bərpa edilib

Süni zəka sayəsində rəsm əsəri 4 saata bərpa edilib

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Aleks Kaçkin rəsm əsərlərinin aylarla davam edən bərpasını cəmi bir neçə saata reallaşdırmağa imkan verən rəqəmsal bərpa üsulu hazırlayıb. Əvvəlcə əsər yüksək piksel göstəricidən skan olunur, sonra “machine learning” texnologiyalarından istifadə edərək itirilmiş detallar bərpa edilir. Əldə edilən görüntü əsasında 57 mindən çox rəngi əhatə edən nazik polimer maska çap olunur və əsərin zədələnmiş hissələrinə fiziki təmas olmadan yerləşdirilir. Bu yanaşma xüsusilə muzey kolleksiyaları üçün aktuallıq kəsb edir. Dünyada minlərlə rəsmlər yüksək xərclər və ənənəvi bərpa metodlarının mürəkkəbliyi səbəbindən anbarlarda qalır.

Hazırda söhbət XV əsrə aid adı bilinməyən Niderland rəssamı tərəfindən taxta üzərində yağlı boya ilə işlənmiş bir əsərdən gedir. Əsər “Adoration of the Magi” səhnəsini təsvir edir. O, vaxtilə 4 hissəyə bölünüb, hər hissə ciddi şəkildə zədələnib. Ümumilikdə 5612 hissənin bərpası tələb olunurdu. Adətən belə bir bərpa prosesi aylar çəkir, lakin Kaçkin bu işi 4 saatdan az müddətdə tamamlayıb. Alim işə əsəri çox yüksək piksel göstəricidə skan etməklə başlayıb. Daha sonra rəqəmsal tamamlama alətləri, “Photoshop” imkanları və naxışların köçürülməsi üçün “machine learning” texnologiyalarından istifadə edərək əsərin ehtimal olunan ilkin görünüşünü bərpa edib. Məsələn, tamamilə yox olmuş körpə İsa üzünü, həmin rəssamın Vaşinqtondakı Milli İncəsənət Qalereyasında saxlanılan bənzər bir əsərindən əlavə edilib.

Bərpa olunmuş rəqəmsal görüntü nazik və şəffaf polimer “maska”nın yaradılması üçün əsas rolunu oynayıb. Kaçkin rəngli və ağ piqment qatlarını çevik vərəqlərə mikroskopik dəqiqliklə (pikselə görə 42 mikrona qədər) tətbiq etmək üçün axın və lazer çap texnologiyalarından istifadə edib. Daha sonra bu vərəqlər lakla örtülüb və əsərin səthi ilə dəqiqliklə, əl ilə uyğunlaşdırılıb. Nəticədə, zədələnmiş hissələri vizual olaraq canlandıran, lakin orijinal boyaya toxunmayan bir örtük əldə edilib. Maskanın yaradılması üçün 57314 fərqli rəng lazım olub. Bu rənglər 66205 kvadrat millimetr sahəni, yəni “Legal” formatlı adi bir kağız vərəqinin ölçüsünü əhatə edir. Rənglərin bir hissəsi eyni rəsmin qonşu hissələrindən birbaşa götürülüb. Digərləri isə ya teksturaya əsasən rəqəmsal şəkildə tamamlanıb, ya da körpə üzündə olduğu kimi oxşar əsərlərdən götürülüb.

Rəsmin tətbiqi prosesi cəmi 3,5 saat çəkib. Halbuki bu iş fırçalarla aparılsaydı, təxminən 200 saat tələb olunardı. Bu dəyişiklik tamamilə geri qaytarılandır. Örtük xüsusi restavrasiya lakı vasitəsilə tutulur və sadəcə soyulmaqla və ya həlledici ilə çıxarılmaqla əsərə heç bir zərər vermədən silinə bilər. Bu metod ənənəvi bərpanı əvəz etmir, çünki boya qatını nə təmizləyir, nə də sabitləşdirir. Lakin o, zədələnmiş əsərlərin vizual bərpası üçün tələb olunan vaxtı və xərcləri köklü şəkildə azaldır. Bu isə olduqca vacibdir, çünki böyük muzey kolleksiyalarındakı rəsmlərin 70 faizdən çoxu anbar şəraitində saxlanılır. Onların bir çoxu ya çox zədələnib, ya da bahalı ənənəvi bərpaya dəyər görülmür. Bu baxımdan yeni yanaşmanın, böyük ehtimalla, dəyəri nisbətən az olan, lakin bu səbəbdən ictimaiyyətə təqdim olunmayan rəsmlər üçün daha faydalı olacağı gözlənilir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

20:17
18 İyul

Naxçıvan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüş olub  

20:15
18 İyul

ƏƏSMN-də kollegiya iclası keçirilib  

20:14
18 İyul

Türkiyə və Rusiya prezidentləri bölgədəki son vəziyyəti müzakirə ediblər

20:12
18 İyul

Bakıda ASOSAI və ARABOSAI-nin birgə toplantısı keçirilib - YENİLƏNİB

20:11
18 İyul

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Məlhəm Hospital”ı ziyarət edib  

19:09
18 İyul

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub 

19:07
18 İyul

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

19:01
18 İyul

Səhiyyə Nazirliyində “Sağlam həyat tərzi” işçi qrupunun fəaliyyətinə start verilib  

19:00
18 İyul

Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib  

18:52
18 İyul

İsti hava şəraiti davam edəcək

18:51
18 İyul

Nazir Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkib  

18:16
18 İyul

Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb  

17:43
18 İyul

Hulusi Kılıç: Prezident İlham Əliyevin siyasəti Azərbaycanı tanınmış və nüfuzlu tərəfdaşa çevirib  

17:21
18 İyul

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlanıb  

17:06
18 İyul

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, sakinlərlə görüşüb YENİLƏNİB

16:53
18 İyul

BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycana dair təqdimatlar olub  

16:31
18 İyul

Azərbaycan XİN: Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir  

16:30
18 İyul

Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyib

16:27
18 İyul

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümündə III dövrənin püşkü atılıb  

16:26
18 İyul

Baş Prokurorluqda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib  

16:25
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!