03 Noyabr 2024 08:50
668
İQTİSADİYYAT
A- A+
Sumqayıtda sənaye sərgisi keçirilib

Sumqayıtda sənaye sərgisi keçirilib


Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş "İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi inkişafının qarantıdır" mövzusunda keçirilən elmi-praktiki konfrans çərçivəsində sənaye sərgisi təşkil olunub.

Şəhər rəhbərliyinin, aparıcı sənaye müəssisələri nümayəndələrinin iştirak etdikləri sərgidə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri, "Azərikimya" İstehsalat Birliyi, SOCAR Karbamid Zavodu, SOCAR Polimer MMC, ATS FOOD MMC, "Gilan Tekstil" MMC, "Alyans Tekstil" MMC, "Qartal" Tikinti Firması, Bakı Qida və Yağ Fabriki, "El Plastik" MMC, "Fin Plast" MMC, "Çinarlı" MMC, "Araz-L" MMC, Fuad Kimya Servis MMC və "RJ Xemikal" MMC kimi istehsalçılar  öz məhsullarını nümayiş etdiriblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıtda yeni sənaye komplekslərinin yaradılması və mövcud müəssisələrin genişləndirilməsi şəhərin sənaye potensialını dəfələrlə artırıb. Sumqayıt tarixi şöhrətini yenidən bərpa edərək regionun mühüm sənaye mərkəzlərindən birinə çevrilib və Azərbaycan iqtisadiyyatında əhəmiyyətli mövqe tutmağa davam edir.

Qeyd edilib ki, bu uğurlar  şəhər həyatının bütün sahələrinə sirayət edib. Bu gün Sumqayıtda onlarla müasir tipli ali və orta təhsil müəssisələri, uşaq bağçaları, istirahət mərkəzləri fəaliyyət göstərir. Onların yarıdan çoxu  yerli istehsal məhsulları ilə təmir edilib. Sumqayıtın zavod və müəssisələrində istehsal olunan məhsullar sənaye bazarlarında məmnunluqla alınır. 

Sonda müəssisə rəhbərləri və şəhər nümayəndələri arasında gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!