07 May 2014 01:05
142
CƏMİYYƏT
A- A+
Sumqayıtda parad keçirildi

Sumqayıtda parad keçirildi

 

Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyini sumqayıtlılar özlərinə məxsus tərzdə, böyük məhəbbət və ruh yüksəkliyi ilə qeyd edirlər. Şəhərin müxtəlif idarə və müəssisələrində, ali təhsil ocaqlarında, kollec və məktəblərində bir-birindən maraqlı tədbirlər keçirilir, ulu öndərin doğum günü ehtiramla qeyd olunur.

Sonuncu bayram izdihamı daha yaddaqalan oldu. Sumqayıtlılar dəstə-dəstə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidə-kompleksinin ətrafına toplaşırdılar. Onların arasında sinəsi orden və medallarla bəzənmiş yaşlı nəslin nümayəndələri - Sumqayıtın yaşıdları, müxtəlif sahələrdə çalışan minlərlə insan və tələbə gənclər, məktəblilər var idi. Ümummilli liderin   bu gün daha əzəmətli görünən abidəsi önünə düzülən   çiçəklərin sayı hesabı yox idi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki,  bəşər tarixində qurub yaratdığı işlərlə öz sözünü deyən, hələ sağlığında əbədiyaşarlıq qazanan şəxsiyyətlər içində ümummilli lider Heydər Əliyevin xüsusi yeri olması danılmaz bir faktdır. Öz ömrünü xalqının firavan həyatına, onun inkişaf və tərəqqisinə, dövlət müstəqilliyinə həsr edən ulu öndərin həyat yolu hamının bəhrələnə biləcəyi zəngin bir məktəb olmuşdur. Sumqayıt məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq keçmiş ittifaqın ən məşhur kimya şəhərlərindən birinə çevrildi. Prezident İlham Əliyev isə Sumqayıtın Qafqazın ikinci sənaye şəhəri kimi formalaşması üçün böyük investisiya tutumlu layihələrə start verdi, yeni zavod və fabriklərin, minlərlə iş yerinin yaradılmasına zəmin yaratdı.

E.Əzizov müasir Azərbaycanın banisi Heydər Əliyevin  ordu quruculuğuna xüsusi diqqət yetirdiyini, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsinə var gücü ilə çalışdığını qeyd etdi. Bu gün Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində reallaşdırdığı islahatlar nəticəsində dövlətimizin hərbi qüvvələri ən müasir  avadanlıqlar və silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığı səviyyəsinə gətirilmişdir. Hər bir ölkə vətəndaşı  tam əmindir ki, müsəlləh ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün uzaqda deyil.

Daha sonra hərbi parad başladı. Hərbi marşların sədaları altında öncə "N" saylı hərbi hissəsinin əsgərləri ulu öndərin abidəsi önündən keçdilər. Onların ardınca Sumqayıt şəhərinin  orta məktəblərinin, liseylərin və digər ümumtəhsil müəssisələrinin şagird və tələbələrinin möhtəşəm paradı oldu. Hərbi qüvvələrimizin müxtəlif hissələrinin geyimlərində olan məktəblilər meydana toplaşanlara əsl coşqu yaşatdılar. Gənc hərbiçilərin meydandan keçidi mərasim iştirakçılarının alqışları ilə müşayiət olundu.

Kiçik yaşlı Sumqayıt  məktəbliləri tərəfindən hazırlanan "hərbi maşınlar" da   tədbirə ayrı bir ovqat qatdı. Mərasimə Sumqayıt Şəhər Polis İdarəsinin xüsusi təyinatlılarının qatılması böyük maraq doğurdu. Tədbir axşama qədər davam edən şəhər gəzintisi ilə sona çatdı.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!